Yola qəfil çıxan kişini qatar vurdu
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.
Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır:
“Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 İyul 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















