Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasını təmin etmək olub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, tez-tələsik fırçanı qora boyaya batırıb, yoldakı qoşa xəttdən birini qırıq-qırıq ediblər.
Bir neçə dəqiqəlik işlə hərəkətin intensiv olduğu yolda sürücülər üçün həm çaşqınlıq, həm də real təhlükə yaradıblar.
Bütün olanlar isə ərazidəki təhlükəsizlik kameralarına düşüb.
Xətt vizual olaraq qırıq xətt təsiri yaratdığı üçün sürücülər də buradan dönməyin mümkün olduğunu düşünürlər. Hətta dönənlər belə var. Çəkiliş zamanı da bu vəziyyətin sürücüləri necə çaşdırdığı aydın görünüb.
Maraqlı məqam isə budur ki, bu müdaxilənin müşahidə kameralarının qarşısında edildiyi aydın görünür. Yəni xətti dəyişdirən şəxslərin öz hərəkətləri də kameraya düşüb. Digər sürücülər isə bunu edənləri birmənalı olaraq qınayıblar.
Yol hərəkətində bir xəttin belə dəyişdirilməsi isə sadəcə görüntü məsələsi deyil. Xüsusilə yüksək sürətin olduğu magistral yolda sürücünün yol nişanlanmasını səhv qiymətləndirməsi qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artıra bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, faktı törədən 3 nəfər müəyyən edilib və istintaqa cəlb olunublar.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Sentyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















