Icma.az
close
up
RU
Yolda piyadanı skuter vurarsa... “Sürücü cəzasız qala bilər”

Yolda piyadanı skuter vurarsa... “Sürücü cəzasız qala bilər”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Skuter və ya velosipedlə qəza törədən şəxsin müəyyən olunması demək olar ki, mümkün deyil. Bu kimi hallarda məsuliyyətin müəyyənləşdirilməsi yalnız piyada keçidlərində piyadanın qayda pozuntusu aşkarlanarsa, qismən mümkün ola bilər".

Bunu "Yeni Sabah"a nəqliyyat eksperti Rövşən Həsənov deyib.

Onun sözlərinə görə, motorsuz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadığından məsuliyyətin müəyyən edilməsi müşkülə dönür:

"Nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək Dövlət Yol Polisinin səlahiyyətinə daxildir. Lakin skuter və velosipedlər kimi motorsuz nəqliyyat növlərində dövlət nömrə nişanları olmadığından qəza zamanı cərimə və ya digər hüquqi prosedurlar yalnız şahid ifadələri və ya müşahidə kameralarının görüntüləri ilə həyata keçirilə bilər.

Əgər sürücünün üzü portalda aydın şəkildə müəyyən olunarsa, bu, onun məsuliyyətə cəlb olunması üçün əsas ola bilər. Amma əlavə sübutlar olmadıqda sürücü cəzasız qala bilər".

Rövşən Həsənov bildirir ki, baş vermiş hadisədə cinayət tərkibi varsa, o zaman hüquq-mühafizə orqanları məsələ ilə bağlı əlavə tədbirlər görür.

Ekspert qeyd edib ki, skuterlər əsasən yay aylarında istifadə olunduğundan digər mövsümlərdə onların həm kirayəsi, həm də istifadəsi əlverişli sayılmır:

"Hər bir istifadəçini qeydiyyata salmaq və bu nəqliyyat vasitələri üçün qeydiyyat nişanı tətbiq etmək həm hüquqi baxımdan mübahisəli, həm də texniki baxımdan çətin bir proses ola bilər. Bu, vətəndaşların hüquqlarının pozulması ilə nəticələnər".

Ekspert əlavə edib ki, dünya praktikasında skuter və velosiped sürmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Bu baxımdan yalnız tövsiyə xarakterli addımlar atıla bilər:

"Velosiped və skuter sürənlərə piyada və velosiped yollarından istifadə etmək tövsiyə olunur. KİV bu sahədə maarifləndirici materiallar yaymaqla qəza hallarının qarşısını ala bilər."

Sonda Rövşən Həsənov xatırladıb ki, skuter də nəqliyyat vasitəsidir və onun sürücüsü digər hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına riayət etməlidir:

"Skuter yolda heç bir üstünlüyə malik deyil. Buna görə də onun sürücüləri də qaydalara əməl etməli və digər nəqliyyat vasitələri ilə eyni məsuliyyət daşımalıdır".

Xatırladaq: "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsi – yolda adam, yük daşımaq və ya xüsusi işlər görmək üçün istifadə edilən qurğudur. Bu anlayış həm velosipedlərə, həm də skuterlərə aiddir.

Velosiped – insan əzələ qüvvəsi və ya səssiz elektrik mühərriki ilə hərəkət edən, yol hərəkətində iştirak edən təkərli nəqliyyat vasitəsidir və birbaşa bu kateqoriyaya daxildir.

2023-cü ildən etibarən skuterlər "fərdi mobillik vasitəsi" kimi qanunvericilikdə tanınıb. Bu, onları nəqliyyat vasitələrinin bir növü kimi qəbul edir və onlar üçün xüsusi hərəkət qaydaları və məhdudiyyətlər müəyyən olunub.

Daha bir xatırlatma: iyunun 5-də  Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuter vurub. Bundan sonra sosial şəbəkələrdə motorsuz nəqliyyat vasitələrinin istifadəsi və əz halında nə cür cəzalandırılmasına dair müzakirələr başlayıb.

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri