Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Yolda satılan bu məhsulu yeməyin, öldürür Xəbərdarlıq!

Yolda satılan bu məhsulu yeməyin, öldürür Xəbərdarlıq!

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş toksikoloq: “Yol kənarlarında, ya bazarlarda satılan göbələklərin içində zəhərli növü ola bilər, bu da...”

Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb. Rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib. M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.

Göbələyin zəhərli və öldürücü olması faktı çoxdan məlumdur. Lakin insanlar bu məhsulu hələ də gündəlik qida rasionuna əlavə edirlər. Əksəriyyət mağazalarda satılan göbələyə üstünlük verir, amma onların keyfiyyəti ilə bağlı hələ də narahatlıqlar var. Sadəcə, əsasən meşədən yığılmış və təmizlənməmiş göbələk zəhərli, insan həyatı üçün təhlükəli olur.

Bundan başqa, toy mərasimlərində süfrəyə göbələk gətirilir. Kim zəmanət verə bilər ki, şadlıq evləri bu göbələyin keyfiyyətindən xəbərdardır?

Qeyd edək ki, ötən il də Xaçmazda iki qadın göbələkdən zəhərlənib dünyasını dəyişib. Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. Həkimlər insanlara məsləhət görür ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin.

Bəs yeməli göbələklərin qida kimi faydası, üstünlüyü nədən ibarətdir, uşaqlara da vermək olarmı?

Azər Maqsudov

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövzu ilə bağlı “Yeni Müsavat” a fikrini bölüşüb: “Göbələk zəhərlənməsi ilə bağlı KTM-ə cəmi 6 nəfər müraciət edib. Onlar göbələyi marketdən almışdılar. Məlum olub ki, zəhərli göbələk növü olub. Yəni qida zəhərlənməsi kimi dəyərləndirilib, müayinə olunublar, məsləhət alıb evə gediblər. Ölüm hadisəsi olmayıb. Amma insanlar diqqətli olmalıdırlar. Əsasən də yol kənarlarında, ya bazarlarda göbələk aldıqda ehtiyatlı olmaq lazımdır. Ona görə ki, onların içində zəhərli göbələk ola bilər. Bu da ağır zəhərlənməyə səbəb ola bilər. Bazarlarda sanitar epidemioloji yoxlama aparılmalıdır ki, zəhərli növ satışa buraxılmasın”.

Baş toksikoloq əlavə edib ki, mağazalarda əsasən zəhərsiz göbələklər-şampinyon və onun növləri satılır: “Onlar zəhərlənməyə səbəb olmur. Ancaq saxlanma müddətinə fikir vermək lazımdır. AQTA hər dəfə zəhərlənmə hadisəsi zamanı dəqiqliklə araşdırır. Marketlərdə zəhərli göbələk növləri satılmır. Amma qida məhsulu kimi göbələyə qarşı bəzi insanlarda həssaslıq ola bilər. Göbələyə qarşı orqanizmdə reaksiya ola bilər. Saxlama müddəti pozulursa, zəhərlənməyə səbəb ola bilər. Üzərində yazılır, 10 gün, ən gec 2 həftə ərzində vaxtı var, buna diqqət etmək lazımdır.

O ki qaldı allergik reaksiyalara, göbələk çox qüvvətli qida məhsuludur. Yeyəndən sonra mədə nahiyəsində köp, ağrılar, dəri səthində qızartılar olarsa, bu o deməkdir ki, bu qida orqanizmə düşmür. Ondan uzaq durmaq lazımdır".

Məlumat üçün bildirək ki, bazarlarda və marketlərdə satılan şampinyon, kəpənək göbələyi, balqabaq göbələyi (lisichka), qozlu göbələk kimi növlər zəhərsiz sayılır. Onlar aşağı kalorili və zülal baxımından zəngin olduqları üçün sağlam qida hesab olunur. Ən təhlükəli məqam - zəhərli göbələklərin yeməli olanlara bənzəməsidir. Mütəxəssislərin fikrincə, bəzi zəhərli göbələklər ilk baxışda dadlı və zərərsiz görünür. Ağ ölümcül göbələk (Amanita phalloides) - Şampinyona bənzəyir, ancaq az miqdarda belə ölümlə nəticələnə bilər. Ağsaqqal göbələyi (Amanita verna) - həm zahirən, həm də dad baxımından yeməli göbələklərlə qarışdırıla bilər. Qırmızı başlı zəhərli göbələk (Amanita muscaria) -ən çox tanınan, lakin halüsinasiyalara və ağır zəhərlənməyə səbəb olan növdür. Zəhərli paxlava göbələyi (Hypholoma fasciculare) - qrup halında bitir, tez-tez yeyilən növlərlə səhv salınır. Göy göbələk (Entoloma sinuatum) - yeyilən “mavi göbələk”lərlə bənzərliyi var, lakin orqanizmdə ağır fəsadlar yarada bilər. Bu növlərin bəzilərinin ayağında kisə (volva) və halqa olur, bu da onları tanımaq üçün vacib göstəricidir. Amma ən etibarlı üsul - tanımadığınız heç bir göbələyə toxunmamaq və dadına baxmamaqdır.

Pediatrlar qeyd edib ki, 5 yaşına qədər uşaqlara göbələk verilməsi məsləhət görülmür. Göbələk - zülalla zəngin olsa da, onu həzm etmək çətindir. Əgər uşağa verilərsə, yaxşı bişmiş olmalıdır və kiçik porsiyada verilməlidir. Amma əvvəlcə allergik reaksiya yoxlanılmalıdır. Yalnız market məhsulu kimi etibarlı mənbədən alınmış növlərdən olmalıdır. Marketdə satılan məhsullarda belə, istifadə müddətinə, qoxusuna və görünüşünə diqqət yetirmək vacibdir. Meşədən yığılmış və ya yol kənarında satılan göbələklər isə heç vaxt riskə dəyməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:344
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri