Icma.az
close
up
RU
“Yoldaşına salam deyərsən” Trampdan jurnalistə cavab Video

“Yoldaşına salam deyərsən” Trampdan jurnalistə cavab Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, dünən Haaqada NATO sammiti çərçivəsində ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında görüş keçirilib. Danışıqlardan sonra ABŞ lideri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

“Qafqazinfo”nun məlumatına görə, mətbuat konfransı zamanı Trampla “BBC”nin Ukrayna xidmətinin jurnalisti Miroslava Petsa arasında maraqlı dialoq qeydə alınıb. 

Belə ki, M.Petsa Ukraynadan olduğunu bildirib və Trampa “ABŞ Ukraynaya “Patriot” zenit-raket sistemləri satmağa hazırdır? Bilirik ki, Rusiya hazırda Ukraynaya çox güclü zərbə endirir” sualını ünvanlayıb. 

ABŞ prezidenti isə suala cavab verməzdən əvvəl jurnalistin hazırda Ukraynada yaşayıb-yaşamadığını soruşub. Petsa isə özünün hazırda övladları ilə Avropada olduğunu, lakin yoldaşının Ukraynada hərbçi olduğunu qeyd edib. 

Tramp jurnalistlə söhbətinə davam edərək bir qədər ironiya ilə onun hazırda harada yaşadığını və nə işlə məşğul olduğunu soruşub və bundan sonra həmin suala belə cavab verib:

“Onlar həqiqətən də “Patriot” adlandırdıqları raket əleyhinə sistemlərə sahib olmaq istəyirlər. Nə isə edə bilib-bilməyəcəyimizə baxacağıq. Bilirsiniz, onları əldə etmək çoxçətindir. Onlar bizə də lazımdır. İsrailə də onlardan göndərmişdik. Bu sistemlər çox effektivdir. Yəqin siz də bildiyiniz kimi, onlar bu sistemləri digərlərindən daha çox istəyirlər. Bu, çox yaxşı sualdır. Sizə uğur arzu edirəm. Görürəm ki, bu sizi çox məyus edir. Yoldaşınıza da salam deyərsiniz”.

Trampın ukraynalı jurnalistin sualına sözügedən cavabı sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Həmin dialoqu təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 İyun 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri