Icma.az
close
up
RU
Yollarda təhlükə yaradan velosipedçiləri cərimələnəcək RƏSMİ AÇIQLAMA

Yollarda təhlükə yaradan velosipedçiləri cərimələnəcək RƏSMİ AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.

"Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.

Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik", - deyə T.Nəsirli əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.

"Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.

Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər", - deyə o əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri