Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Radio aparıcısı Rəvan Bağırov Bakının Ağ Şəhər ərazisindəki vəziyyətdən narazılığını ifadə edib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşım edərək ərazidə avtomobillərin sürətlə hərəkət etməsi, düzgün park edilməməsi, səs-küy, küçələrin və səkilərin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
“Bir vaxtlar neft mədənlərinin və hisin simvolu olan Qara Şəhər illər sonra Bakının ən müasir, ən səliqəli məhəllələrindən birinə, Ağ Şəhərə çevrildi. Amma son vaxtlar burada gördüklərim məni ciddi narahat edir” deyə, Rəvan qeyd edib.
O, xüsusilə piyadaların təhlükəsizliyinə diqqət çəkib:
“Yollarda sürətlə şütüyən avtomobillər ilk növbədə piyadalar üçün böyük təhlükə yaradır. Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır. Üstəlik, xüsusilə gecə saatlarında səsboğucusu dəyişdirilmiş avtomobillərin gurultusu sakinlərin rahatlığını pozur”.
Aparıcı parklanma problemi və səkilərin avtomobillərlə tutulmasından da yazıb. O bildirib ki, bəzi ərazilərdə asfalt örtüyü dağılır, obyektlərin və reklam lövhələrinin sayının artması isə ərazinin əvvəlki memarlıq görünüşünə təsir edir.
Rəvan Bağırov “Qarabağ Atları” meydanındakı vəziyyətdən də narazılığını ifadə edib:
“Gözəl heykəltəraşlıq əsəri ilə Bakının simvollarından birinə çevrilən bu meydan bu gün maşın bazarına, bəzi bloger və tiktokerlərin məkanın statusuna uyğun olmayan kontent və reklamları üçün çəkiliş meydançasına dönüb”.
O, paylaşımının sonunda Ağ Şəhərin qorunmasının vacibliyini vurğulayıb:
“Təəssüf ki, insanların öz şəhərinə biganə yanaşması və ümumi yaşayış massivlərinə nəzarətin zəif olması Ağ Şəhərdən də yan keçmədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















