Icma.az
close
up
RU
Uşaqlar daha çox risk altındadır

Uşaqlar daha çox risk altındadır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qida qatqıları astma tutmalarını tətikləyir


Yeni aparılan bir araşdırma göstərir ki, geniş istifadə olunan qəlyanaltılarda mövcud olan qida qatqıları immunitet sisteminə mənfi təsir göstərərək astmanı tətikləyir.

Bu qatqılar məhsulların dadını və görünüşünü yaxşılaşdırmaq, eləcə də saxlanma müddətini uzatmaq məqsədilə bir çox ultra işlənmiş qida məhsulunda istifadə olunur. Əvvəlki tədqiqatlar göstərib ki, uşaqlar böyüklərlə müqayisədə daha çox belə qidalar istehlak edir və bu maddələrə qarşı daha həssas olurlar.

“News Medical” nəşri yazır ki, bu qatqıların mənfi təsirləri arasında allergiyalar, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) kimi sağlamlıq problemləri də var.

Xüsusilə sodyum benzoat və metilparaben kimi qatqı maddələri birbaşa dəri allergiyaları və astma tutmaları ilə əlaqələndirilir.

Bəzi araşdırmalar süni şirinləşdirilmiş içkiləri çox istehlak edən anaların uşaqlarında astma riskinin daha yüksək olduğunu da göstərir.

“Frontiers” jurnalında yayımlanan yeni tədqiqat isə qatqıların uşaqlarda metabolik və immun sistem mexanizmlərini poza biləcəyinə dair mühüm dəlillər təqdim edir.

Araşdırmada 120 astma xəstəsi uşaq və 120 sağlam uşaq müqayisə olunub. Hər iki qrupdan alınan serum nümunələrində 10 müxtəlif qatqının səviyyəsi ölçülüb.

Nəticələr göstərib ki, astma xəstəsi uşaqların serumlarında xüsusilə dehidroasetik turşu və benzoik turşu səviyyələri sağlam uşaqlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olub.


Tədqiqatın yekununda bildirilib:

“Qida qatqıları T hüceyrələrinin və antigen təqdim edən hüceyrələrin metabolik fəaliyyətini poza bilər, immun sistemindəki tolerantlığı zəiflədərək astmanın ağırlaşmasına səbəb ola bilər.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri