Icma.az
close
up
RU
Yoqa ilə məşğul olmaq həyat keyfiyyətini yüksəldir FOTO

Yoqa ilə məşğul olmaq həyat keyfiyyətini yüksəldir FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağır iş rejimi, problemlər sağlamlığımızda, psixologiyamızda izlər buraxır. Həmin şərtlər altında xoşbəxt olmaq o qədər də asan iş deyil. Bu baxımdan əsəbdən, gərginlikdən qurtulmağın ən sağlam yollarından biri yoqadır. Bəs yoqa nədir?

“Hind fəlsəfəsindən gələn inanca görə, yoqa sağlamlıq və rahatlığın açarıdır. Bəzi ölkələrdə yoqanın buddizm elementləri daşıdığı əsas gətirilərək qadağan olunsa da, bu, dini inanc deyil. İnsanın özünü dərindən tanımağı və təbiətin harmoniyasına uyğunlaşmağı yoqada əsas şərtdir. İnsan canlıya, cansıza fərq qoymadan hər şeyə sevgi ilə yanaşmalıdır. Bu, onu mənasız yerə kədərlənməyinin, ağrılarının qarşısını alır. Yoqanın əsas mənalarından biri – bütövləşməkdir. Bu fəlsəfəyə görə, ziddiyyətlər aradan qalxmalı, daxildəki hisslər bir yerə toplanmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dosent Gülbaba Quliyev bildirib.

Onun dediyinə görə, yoqaya başlamazdan əvvəl düzgün duruş və düzgün nəfəs alma texnikasını bilmək lazımdır. “Nəfəs tutulmamalı və ağızdan yox, burundan alınmalıdır. Üz əzələləri, gözlər və qulaqlar gərilməməlidir. Bədən düz durmalıdır, çünki səhv oturuş forması nəfəsin gediş-gəlişinə mane olur. Hərəkətlər vaxtı beyin mümkün qədər az aktiv olmalıdır. Yoqa idman, gimnastika deyil. Yoqanın məqsədi ruhu və bədəni dincəltmək, rahatlatmaqdır. Səhərlər bədən sərt olduğundan hərəkət etmək çətin olur. Beyin də dincəlmiş olduğu üçün, qarşıdakı saatlarda beyin sayıqlığını azaldır. Axşamlar bədən daha elastik olduğundan pozisiyalar da rahat edilir. Səhər yoqası insanın uğur qazanmasına kömək edir. Axşam yoqası isə günün yorğunluğunu çıxarmağa və gərginliyi azaltmağa, rahat və yaxşı yuxu almağa şərait yaradır. Beləliklə, ayaqüstü hərəkətlərin səhərlər, oturaq hərəkətlərin isə axşam edilməsi daha yaxşıdır. Hər gün ən azı 15-20 dəqiqə yoqaya ayırmaq lazımdır. Hərəkətləri edəndə həmişə yaxşı şeyləri düşünün. Bədən ruhun sarayıdır. Xarici görüşün fərqi yoxdur, daxildəki ruh gözəldir. Siz gözəlsiniz, çünki ümumbəşəri gözəlliyin bir hissəsiniz. Siz düşündüyünüzdən daha gözəlsiniz. Özünüzün əyilməz, dözümlü, əsəbləri möhkəm olduğunu düşünməkdən daha çox gözəllik, harmoniya, zəriflik barədə düşünün. İçinizdəki güc və enerji bu düşüncələrə cavab verəcək, yenilənəcək. İnsanın potensialı çox güclüdür, o, istədiyi hər şeyi edə bilər. Pozisiyaları sınaqdan keçirəndə bədəninizin elastik olmamağına əsəbiləşməyin, kefinizi pozmayın. Nə qədər bacarırsınızsa, o qədər edin. Bədəninizi öyrədin, onun qulu deyil, ağası olun. Elə bilin bədəniniz nadinc uşaqdır. Səbirlə, kübarca, qərarlı, inamlı davranın və bədəninizi daim nəzarətdə saxlayın”.

G.Quliyev qeyd edir ki, yoqa nəyə kömək edir? Hər şeydən əvvəl insan düzgün nəfəsalma texnikasını öyrəndiyinə görə həyat keyfiyyəti yüksəlir, sağlamlıq möhkəmlənir. “Ürək döyünməsini stabilləşdirir. Qan təzyiqi və dövranı normallaşdırır. Əsəb gərginliyini aradan qaldırdığı üçün depressiya, panika kimi əlamətlər də aradan qalxır. Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluq və kökəlmənin qarşısının alınmasında böyük rol oynayır. Buna görə də, yoqa ilə məşğul olan insanlar yaşlananda da, dinamikliklərini itirmirlər”, - deyə G.Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Oktyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri