Icma.az
close
up
RU
Yorulmayan müəllifin tükənməyən sətirləri

Yorulmayan müəllifin tükənməyən sətirləri

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


İttifaq Mirzəbəyli
Mən jurnalist İttifaq Mirzəbəylini çoxdan – onun Dövlət Radiosunda işlədiyi , mənim isə Dövlət Televiziyasında çalışdığım illərdən tanıyıram. Teleşirkətin demək olar ki, əksər əməkdaşları İttifaq müəllimi gündəlik fəaliyyətdə yorulmaz, mövzu seçməkdə isə təşəbbüskar işçi kimi tanıyırdı. Bəzi həmkarlarımız müsahibə götürmək üçün vəzifə adamlarını, tanınmış şəxsləri seçəndə, İttifaq müəllim “Azərbaycan” kinoteatrının qocaman kinomexaniki, yaxud, şair Əli Nəzminin səksən yaşlı xəstə qızı İqlimə xanımla həmsöhbət olurdu. Onun həmin addımları sözə qiymət verə bilən hər kəs tərəfindən bəyənilirdi.
Sonralar İttifaq Mirzəbəyli əmək fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirməli oldu və mən artıq rayonda çalışsam da, mətbuatda onun gündəlik fəaliyyətindən əlavə on beşdən çox kitabı haqqında oxudum. Səmimi şəkildə etiraf edim ki, həmin kitabların heç biri haqqında nə isə yazmadığıma görə özümü bağışlamıram. Ancaq bu dəyərli həmyerlimizin və qocaman həmkarımızın son iki ildə üç kitab tərtib edərək ərsəyə gətirməsini, həmin kitabların hamısının “Xalq qəzeti”nin kitabxanası şərti adı altında təqdim edilməsini görəndə bu sətirləri yazmaya bilməzdim. Üstəlik, bu nəşr nümunələrinin hamısı onun əmək fəaliyyətini dayandıraraq təqaüdə çıxmasından sonra hazırlanıb. Yəni bu qələm sahibinin həm özü yorulmur, həm də yazıları tükənmir.
İttifaq müəllimin “And və əməl” kitabı onun 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə qələmə aldığı yazılardan və Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20 illiyinə həsr olunmuş bəzi məqalələrdən ibarətdir. “Baş redaktorlarımız haqqında yazılanlar” kitabı isə bir əsrdən çox fəaliyyət göstərmiş ana dilli qəzetimizin sükanı arxasında oturmuş görkəmli qələm sahibləri haqqında yazılmış məqalələrdir.
Son günlərdə ərsəyə gəlmiş “Unudulmazlar redaksiyası” adlı kitab isə birmənalı olaraq mərhum həmkarlarımızın xatirəsinə ehtiram hisslərindən ibarətdir. Belə ki, kitabın annotasiyasında qeyd edildiyi kimi, 1991-ci ilin yayınadək “Kommunist” adıyla nəşr edilən “Xalq qəzeti” sözün həqiqi mənasında bir jurnalistika məbədi, dilçilik məktəbi yaratmışdır. Yəni o redaksiyada çalışmış qələm sahiblərinin həyatından nələrinsə öyrənilməsi mümkündür.

Xatırladaq ki, kitabın tərtibçisi 106-yaşlı qəzetin son 35 ilində (“Xalq qəzeti” adıyla nəşr olunduğu dövr nəzərdə tutulur) redaksiyada çalışmış, fəqət, dünyasını dəyişmiş həmkarları barədə olan yazıları toplamışdır. Məni bu sətirləri yazmağa sövq edən məqamlardan biri isə kitabın layihə rəhbəri, Əməkdar jurnalist, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun qələmə aldığı “Ödəməli olduğumuz mənəvi borclardan biri” adlı ön söz oldu.
Əflatun müəllim yazır ki, bizim maddi həyatdakı borclarımıza nisbətən mənəvi borclarımız min dəfələrlə çoxdur. Valideynlər, müəllimlər, soy-kökümüzün görkəmli simaları, övladlarımız, el-oba, qonşular qarşısında olan borclarımızdan əlavə həmkarlarımız və iş yoldaşlarımız qarşısında da çoxsaylı borclarımız var... Dünyasını dəyişmiş həmkar və ya iş yolsaşlarımızın ehtiramla anılması, onların xatirəsinin müntəzəm şəkildə yad edilməsi bu addımları atanların mənəvi kamilliyindən xəbər verir”.
Layihə rəhbəri qeyd edir ki, mən bu kitabda verilmiş – əlli ildən çox qəzetimizin foto-müxbiri olmuş Cahangir İbadov haqqında olan “Baharın yetmiş beş anı” (müəllif Qüdrət Piriyevdir), son 35 ildə bütün jurnalistlərin və oxu-cuların çox yaxşı tanıdığı Məmməd Nazimoğlu haqqında olan “ Bir ağ bulud kimi zərif, ziyansız...” (müəllif İttifaq Mirzəbəylidir), həm Kommunist”, həm də “Səhər” qəzetlərində, eləcə də, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisində səmərəli, məsuliyyətli fəaliyyəti ilə hamının rəğbətini qazanmış Məzahir Süleymanzadə haqqında olan “Bizim dost itirən vaxtımızdı...” (müəllif Səməd Məlikzadədir), eləcə də Azərbaycan musiqi mədəniyyətinə ən yaxın mətbuat təmsilçisi kimi tanınan Rafiq Salmanov haqqında qələmə alınmış “Mənalı ömrün akkordları” (müəllif Tahir Aydınoğludur) adlı məqalələri maraqla oxudum: “Amma etiraf edim ki, məni daha çox məmnun edən fakt yeni kittabın müstəqilliyimizin ilk illərində bu qəzetə rəhbərlik etmiş, bizim hamımızın müəllimi, sadə insan, mükəmməl qələm sahibi olan Tofiq Rüstəmov barədə qələmə alınmış çox gözəl bir yazı ilə başlanmasıdır”.
...Elə mən də həmin məqamı daha çox qabartmaq istəyiirdim. Çünki Tofiq Rüstəmov Azərbaycan jurnalistlərinin əksəriyyətinin müəllimidir. Allah ona rəhmət eləsin. Ağsaqqal həmyerlim, orta məktəbdəki və unuversitetdəki müəllimlərim kimi dəyər verdiyim İttifaq Mirzəbəyliyə isə can sağlığı və yeni uğurlar arzulayıram. Bu qəbildən olan insanların yorulmazlığı, sabaha inamla baxması bizim üçün örnəkdir.
Sərraf ƏFƏNDİYEV,
jurnalist, Qəbələ şəhəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Aprel 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri