“Yoti Çatzialexiou cazibədar maaş təklif etməsə, Mahiri itirəcək” o qədər təklif var ki...
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın “Club Fokus” nəşri Mahir Emrelinin karyerasını “Nürnberq”də davam etdirib-etdirməyəcəyi haqda yazı hazırlayıb.
“Football-plus.az” xəbər verir ki, Nürnberqin yerli mediası həmyerlimizin son oyunlarda özünü yaxşı tərəfdən göstərdiyini xatırladıb:
“Mahir Emreli son üç turda ən çox qol vuran futbolçudu. Amma onun başqa uğurları da var. O, həm qollar vurur, həm baş məşqçi Miroslav Klozenin tapşırıqlarını yerinə yetirir. Futbolçu təkcə özünün yox, komandasının da irəliləməsində maraqlıdı. Onun son 7 qapıya zərbəsindən 4-ü qolla nəticələnib. Ümumiyyətlə, Mahir “Nürnberq”in ən sürətli və ən çox qaçan futbolçusudu. Təbii ki, bu göstəricilər onun komanda üçün nə qədər vacib oyunçu olduğunu sübut edir. Amma Emreli hələ bu barədə yekun qərarını açıqlamayıb. “Herta”dan (Berlin) gələn təklifə “yox” cavabı verən hücumçu hələ başqa dəvətlərə üz çevirməyib. Ona həm 1-ci bundesliqadan, həm də başqa ölkələrdən təkliflər var. “Nürnberq”in Mahir uğrunda mübarizədə rəqibləri çoxdu. Görünür, idman direktoru Yoti Çatzialexiou cazibədar maaş təklif etməsə, Mahiri itirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















