Icma.az
close
up
RU
“Young Lions Azerbaijan 2025” müsabiqəsinin mükafatlandırma mərasimi olub

“Young Lions Azerbaijan 2025” müsabiqəsinin mükafatlandırma mərasimi olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” çərçivəsində “Young Lions Azerbaijan 2025” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə “Film”, “Dizayn” və “Print” komandaları üç kateqoriya üzrə yarışıb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bir neçə ildir Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən bu müsabiqə ölkəmizdə mədəni və yaradıcı sənayelər sahəsində ən önəmli tədbirlərdən birinə çevrilib.

Nazir müavininin sözlərinə görə, bu yarışmada iştirak edən gənclər müxtəlif kreativ agentliklərdə fəaliyyətlərini davam etdirir, uğurlu layihələrə rəhbərlik edir və peşəkar karyeralarını yaradıcı sənayelər sahəsində quraraq ölkənin bu istiqamətdə inkişafına töhfə verirlər.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini nəzərə alaraq, ötən il müsabiqənin “Film” kateqoriyası üzrə təqdim olunan xülasə də bu mövzuya həsr olunub. Gənc iştirakçılar tərəfindən hazırlanan videolar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ithaf edilib. Bu yanaşma bir daha göstərir ki, yaradıcı sənayelər yalnız iqtisadi və estetik dəyər yaratmaqla kifayətlənmir, həm də cəmiyyətin qarşısında duran mühüm çağırışlara – ətraf mühitin qorunması, iqlim dəyişikliyi və dayanıqlı gələcək naminə təşəbbüslərə dəstək vermək gücünə malikdir. Müsabiqədə iştirak edən gənc dizaynerlərin, rejissorların və ideya müəlliflərinin işləri onların fərqli düşüncə tərzinə, problemlərə yaradıcı yanaşma bacarıqlarına və yüksək potensiala malik olduqlarına bariz sübutdur. Mədəniyyət Nazirliyi bu istiqamətdə gənc mütəxəssisləri dəstəkləmək üçün məqsədyönlü layihələr həyata keçirir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı çərçivəsində həyata keçirilən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” vasitəsilə bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsil dəstəklənir. Hazırda ümumilikdə 20 azərbaycanlı gənc – o cümlədən 4 nəfər dizayn sahəsində – ABŞ, Türkiyə, İtaliya və Fransa kimi ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Bu təşəbbüs onların şəxsi inkişafı ilə yanaşı, ölkədə yaradıcı sənayelərin inkişafına və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Təqaüd proqramı dizayn da daxil olmaqla 11 sahəni əhatə edir və növbəti müsabiqədə bütün yaradıcı gənclər iştirak etməyə dəvət olunurlar. Eyni zamanda, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində bu sahədə yeni biznes subyektləri və startapların formalaşdırılması və inkişafı üçün müxtəlif təşəbbüslər icra olunur. Artıq bu çərçivədə 3 inkubasiya proqramı reallaşdırılıb və nəticədə 20-dən artıq yeni startap yaradılıb. Animasiya, musiqi, kino, dizayn və digər yaradıcı sənaye sahələrində süni intellektin tətbiqi üzrə ustad dərsləri və təlimlər təşkil olunub. Bu proqramlarda 400-dən çox iştirakçı yer alıb. Dizayn sahəsi Azərbaycanda sürətlə inkişaf edən yaradıcı sənaye sahələrindən biridir. 2019-cu ildə Bakının UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə məhz “dizayn” istiqaməti üzrə üzv seçilməsi də bunu təsdiqləyir. Bu status Bakı şəhərinin qlobal miqyasda dizayn sahəsində söz sahibi olduğunu göstərir və sahənin inkişafı üçün böyük məsuliyyət yaradır”,- deyə S.Yusifova əlavə edib.

Kann Beynəlxalq Yaradıcılıq Festivalının Azərbaycandakı rəsmi nümayəndəsi Orxan Kərimov tədbir barədə məlumat verib: “Məqsəd yaradıcı şəxsləri bir araya gətirmək, istedadları tanıtmaq və onların beynəlxalq arenada tanınmasına dəstək olmaqdır. Bu cür təcrübə nə qədər çox yaşanarsa, inkişaf da bir o qədər sürətli olar. “Print” kateqoriyası üzrə xülasə Pasha Malls, “Film” üzrə Mədəniyyət Nazirliyinin “Yaradıcı Mərkəz” layihəsi, “Dizayn” üzrə isə Code Academy tərəfindən təqdim olunub”.

Daha sonra kateqoriyalar üzrə qaliblər mükafata layiq görülüblər. Hər üç kateqoriyanın qalibləri 2025-ci il iyunun 16-dan 20-dək Fransanın Kann şəhərində keçiriləcək dünyanın ən nüfuzlu reklam festivalı olan “Cannes Lions”da iştirak hüququ əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri