Icma.az
close
up
RU
“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsinin qalibləri açıqlanıb

“Best Managed Companies Azerbaijan 2025” müsabiqəsinin qalibləri açıqlanıb

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2025” müsabiqəsi uğurla yekunlaşıb. 5 iyun tarixində keçirilən rəsmi təltifetmə mərasimində bu ilki qaliblərin adları ictimaiyyətə elan olunub.

Müsabiqənin əsas məqsədi Azərbaycanın özəl sektorunda fəaliyyət göstərən şirkətlərin strateji idarəetmə, insan kapitalının inkişafı, maliyyə sabitliyi və sosial məsuliyyət sahələrində beynəlxalq səviyyədə dəyərləndirilməsi və bu sahələrdə qabaqcıl təcrübələrin tətbiqinə təşviq edilməsidir. Proqram çərçivəsində iştirakçılar “PAŞA Bank” və “Deloitte Azərbaycan”-un ekspert komandası tərəfindən dərin təhlil prosesindən keçərək, inkişaf üçün strukturlaşdırılmış tövsiyələr alıblar.Münsiflər heyətinin qərarı ilə “Azərsun Holdinq”, “METAK”, “Norm Sement”, “OBA Market” şirkətləri yüksək korporativ idarəetmə standartlarına, strateji inkişaf baxışına və dayanıqlı maliyyə modellərinə görə “Best Managed Companies” statusuna layiq görülüblər. Qalib şirkətlər beynəlxalq “Best Managed Companies” şəbəkəsinə daxil olaraq, qlobal biznes cəmiyyətində tanınmaq və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək imkanı əldə ediblər.

PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev tədbirdə çıxışı zamanı layihənin strateji əhəmiyyətini vurğulayıb.

“Azərbaycanda real sektorun davamlı inkişafı təkcə güclü maliyyə nəticələri ilə deyil, eyni zamanda institusional idarəetmə mədəniyyətinin formalaşması ilə birbaşa bağlıdır. Bu baxımdan, “Best Managed Companies” proqramı ölkəmizdə korporativ idarəetmənin inkişafına və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə mühüm töhfə verir.

Real sektorun etibarlı tərəfdaşı kimi PAŞA Bank artıq dörd ildir ki, bu təşəbbüsə dəstək göstərir. Biz inanırıq ki, hər bir uğurlu şirkətin əsasını təkcə maliyyə dayanıqlığı deyil, həm də strateji yanaşma, sosial məsuliyyət, insan kapitalına yönəlmiş investisiyalar və dəyərlərə əsaslanan idarəetmə təşkil edir.

Qalib şirkətləri səmimi-qəlbdən təbrik edirəm. Əminik ki, proqram çərçivəsində əldə olunan təcrübə onların uzunmüddətli inkişafına və ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verəcək”.

Nuran Kərimov, “Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru, qalib şirkətlərin elan olunduğu tədbirdə çıxışı zamanı bildirib:

“Bu proqram Azərbaycanın biznes ekosistemində liderliyi və strateji düşüncə tərzini təşviq edir. Qaliblərin hər biri yalnız bugünkü nailiyyətlərinə görə deyil, həm də gələcəyə yönəlik vizyonları və dayanıqlı idarəetmə yanaşmaları ilə seçilir. “Deloitte” olaraq, bu təşəbbüs vasitəsilə ölkədə korporativ idarəetmənin inkişafına töhfə verməkdən və özəl sektorun beynəlxalq rəqabətə hazır olmasına dəstək olmaqdan qürur duyuruq.”Qeyd edək ki, “Best Managed Companies” layihəsi “Deloitte” şirkəti tərəfindən 33 il ərzində 47 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Azərbaycanda PAŞA Bank və “Deloitte Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən bu müsabiqədə iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri