Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

Yovşanlı çöllərin bahadırları Təvəkkül Qazi xan, Yerəsil Qocaqulu oğlu...

Yovşanlı çöllərin bahadırları Təvəkkül Qazi xan, Yerəsil Qocaqulu oğlu...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

  Türküstan diyarı, Cənubi Sibir çölləri, Təkləlilər məkanı, Tanrı dağları, Amu-Dərya və Sır-Dərya çayları, Bəlx gölü... hövzələri hüdudlarında yadellilərə qarşı kökənli Türk dilli xalqların mübarizəsi, Qazax xalqı timsalında  Orta əsrlər tarixinə aid salnamələrdə (ingilis səyyahları L. və T..Atkinson “Tatar çölləri barədə xatirələr...”, Qazax tarixçisi-səyyah Ç.Vəlixanlı “İssık gölünə səyahət gündəliyi”, ictimai xadim M.Çokay oğlu “Türküstan Sovetlər hakimiyyəti illərində”, Qazax-Qıpçaq tarixçisi A.K.Quşqunbəy “Qazaxların XVII-XVIII əsrlərdə hərbi işləri”...), dastan və eposlarda (“Alpamış Batır”, “Qazi Korpeş Bayan-Sulu”, “Koblandı Batır”...), el rəvayətləri və əfsanələrində geniş işıqlandırılmış, zəngin şifahi və yazılı folklor xəzinəsinə çevrilmişdir.

  XVII-XIX əsrlər dövrü Qazax dövlətçiliyi tarixində ərazi bütövlüyünün və müstəqiliyyin  qorunması, milli-azadlıq mübarizəsi hərəkatının güclənməsi mərhələsi kimi qiymətləndirilir və bu tarixi keçmiş, Dövlət və xalq naminə bir sıra görkəmli dövlət, siyasi-hərbi, ictimai-dini xadimlərin adları hörmətlə yad edilir, onlara qarşı xalq sayqısı qorunub saxlanılır.

  Qazax dövlətçiliyi və  siyasi-hərbi quruculuq tarixində milli ərazi hüdudlarına davamlı işğalçılıq yürüşləri çar Rusiyası və Monqol-Çin silahlı birlikləri tərəfindən edilmiş, eləcə də, qərbdən Noqay çöllərindən rus knyazlarının muzdluları tərəfindən...bu baxımdan, 1727-ci ildən coğrafi ərazi kimi yer alan “Kalmıkların qırğın yeri” də məhz həmin tarixi kerçəkliyin bir nişanəsidir.

  Tarixi məlumatlar göstərir ki, Qazax xalqına qarşı Rusiya dövlərinin hərbi təcavüzləri XVII əsrin sonlarında Təvəkkül Muhammad xan Qazi (1635-1718) hakimiyyəti dövründən (1680-1715) XVIII əsrin sonunadək daha da güclənmişdir.

   Səlkəm Cahangir oğlu Qazi xan Qazax xalqının ilk Ana Yasasının (“Yeddi Qərar”) yaradıcılarından (Qazi bəy Gəldibəyli (1667-1763) və Taleh bəy Əlibəyli (1663-1756) ilə birlikdə)  biri olmaqla, 15 yaşında ikən Qaşqarlı diyarına səfər etmiş, Turfan və Çalış (Uyğuruystan) xanlığının hakimi Abdulla xan (1585-1675) hökuməti ilə xarici siyasəti və iki dövlət arasında dinc yanaşı yaşamağı, sülh münasibətlərini qurmağı...müzakirə etmək üşün səfir səviyyəsində çıxış etmişdir.

  T.M.Qazi hakimiyyəti Qazax tarixçiliyində “Qızıl dövr” dəyərini almışdır. Vahid Qazax dövlətinin yaranması (Kiçik, Orta və Böyük cüzlər (“Qurani-Kərim” kəlamlarından “hissə” mənasında) birləşərək), dövlət idarəedilməsində Məclis-Məşvərət sisteminin tətbiqi, tabeli hakimiyyət qurumlarının hüquqlarının yaradılması və fəaliyyətinin əlaqələndirilməsi, dövlət idarəçiliyinin xalq arasında nüfuzunun artması nəticəsində ölkə hüdudlarında siyasi-hərbi gücün yüksəlməsi...məhz bu dövrdə olmuşdur.

   Xarici qəsbkarların təcavüzkar siyasətinin qarşısının alınmasında ictimai-iqtisadi əlaqələrin gücləndirilməsi amilini nəzərə alaraq Qazi xan 1686-1693-cü illərdə dəfələrlə Rusiya dövlətinə səfirlərini göndərmişdir. Dostluq və qarşılıqlı əməkdaşlıq təklifləri ilə Onun 1694-cü ilin oktyabr ayında çar I Pyotra (1672-1725) ünvanladığı məktub indi də qorunub saxlanılır. Ona görə də XVIII əsrin I onilliyində münasibətlərdə canlanma yaranmışdır. Lakin, 1717-ci ildə Qazi xanın ölümü xarici siyasi-hərbi qüvvələrin Qazax dövlətçiliyinə qarşı işğalı üçün milli-ictimai, siyasi-hərbi...imkanlar yaranmışdır.

   Ona görə də XVIII əsrin I yarısında xarici qəsbkarlara qarşı Qazax xalqının milli qəhrəmanları sırasında Yerəsil Qocaqulu oğlunun (1692-1770) adı hörmətlə anılır.

   Azadlıq və mübarizlik yolunda Əski Türkdilli çoxsaylı qəbilə-tayfa İttifaqının ünlü soylarından, Göy Türk-Moğol kökənlilərdən, Cuci ailəsinin üzvü  Əbilay xanın (Əli Mənsur Görkəm Sultan oğlu, 1711-1781) nəsil şəcərə isimlərindən olan Y.Qocaqulu oğlu Alagöz döyüşlərinin (1718), Türküstan müdafiəsinin (1724), yuxarıda adı çəkilən “Kalmıkların həlak olduğu” savaşın, Anırəkəy müharibəsinin (1729-1730)...iştirakçısı olmuş, Baspan-Bazar, Şorqa-Lastı şəhərləri, Tarbaqatay torpaqları uğrunda  cəsur savaşlarda sərkərdə kimi ad qazanmışdır. Hətta, o, Alagöz döyüşündə Cunqar ordusunun qəhrəmanı Arsalanı öldürməklə şöhrəti daha da artmışdır.

  Nayman tayfasının Qarakərəy qolunun Bəyigid dəkkəsindən olan Yerəsil gəncliyində Zaysan gölü ətrafında əhaliyə hücum edən vəhşi qabanları öldürdüyünə görə Qaban bəy təxəllüsü almışdır. Onun cəngavərliyi və sərkərdə bacarığı 1735-ci ildə Başqurd üsyanını rəhbəri Bəypolad Həsən-Qarasaqqal xan (1667-1749) tərəfindən yüksək qiymətləndirilib və o, ölümünə qədər onun yanında, Sarısu çayı  yatağı yaxınlığındakı məskənində qalıb.

   Y.Ocaqulu oğlu dövrü Qazax dövlətçiliyində qonşuları ilə münasibətlərin sülh yolu ilə tənzimlənməsi, münasibətlərinin danışıqlar yolları ilə həllinə yönəlik ictimai-siyasi tədbirlərin görülməsi, dini-mədəni təməl dəyərlərinə əməl edilməsi…ilə fərqlənmişdir. Yəni, Qazax-Cunqar dövlətləri arasında “Mamırlı-Su”, 1757-ci ildə Qazax-Çin ilə “Aydansık” sülh müqavilələrinin bağlanması nəticəsində, siyasi münasibətlər genişlənmiş, iqtisadi-ticari əlaqələr xeyli dərəcədə artmışdır.

   Qeyd etmək lazımdır ki, XVII-XVIII əsrlərdə Qazax dövlətçilyimn tarixi və inkişaf mərhələləri və dövlət müstəqilliyi uğrunda xalq mübarizəsinin qəhrəmanları barədə tarixi-ədəbi salnamələr sırasında Q. Xalidin “Tarixi-xəmsə” (1910, Qazan ş.), V.Y.Basinin “Rusiya və Qazax xanlığı XVI-XVIII əsrlərdə” (1971, Alma-Ata  ş.), S.U.Taymanovun “Başkir-Qazax münasibətləri  XVIII əsrlərdə” (2009, Moskva ş.)…əsərləri qiymətli sənədli-tarixi məlumatları əks etdirmişdir.

   R.S. Görkəmli Qazax yazıçısı, tarixi romanlar müəllifi İlyas Əsənbərli (1915-1983) 1969-1976-cı illərdə “Köçərilər” roman-trilogiyasını yazmışdır. Bu əsər rus dilində 12 dəfə, 1,5 milyon nüsxə ilə çap edilmiş, dünya xalqlarının 30 dilinə tərcümə edilərək 3 milyon sayda 50 dəfə çap olunmuş (2005-ci il məlumatıdır), motivi əsasında 2005-ci ildə “Köçəri” filmi çəkilmişdir.

 Müəllifin 1983-cü ildə “Qızıl Orda” romanı işıq üzü görüb.

                                                                    
Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 372-60-08)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see231

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see203

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see202

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see172

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see158

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see154

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see137

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see129

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see127

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see125

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see124

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri