Icma.az
close
up
RU
Yubileyi mübarək olsun!

Yubileyi mübarək olsun!

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mahir Məmmədli- 50

Heç kim mənim bu fikrimdən əndişələnməsin: Azərbaycanda dahilər olub, bu gün də var. Onlardan biri də “Real” televiziyasının rəhbəri Mir Şahin Ağayevdir. Bunu sübut etməyə ehtiyac varsa, qoy deyim. Amma, əvvəlcə “DAHİ” kəlməsinin kimlərə şamil olunduğunu izah etmək istəyirəm. Kimdir dahi? Xüsusi bir sahədə istedadı və ya biliyi ilə seçilən, yenilikçi və ya böyük nailiyyətlər əldə edən şəxs. Yəqin ki, Mir Şahin Ağayevin bu kriteriyalara uyğun gəldiyini ağıllı adamlar danmaz. O ki qaldı onun baniliyinə, bəli, Mir Şahin Ağayev həm də banidir. Bəs BANİ kimə deyilir? Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan kəsə. Real televiziyasını o, yaratmayıbmı?..

Nə isə, bu dəfə sizə Mir Şahin Ağayevdən deyil, bu dahi insanın rəhbərliyi və təlimləri altında uzun illər jurnalist kimi çalışan bir insandan söhbət açmaq istəyirəm. Axı, avqustun 16-sı onun 50 yaşı tamam olur. Söhbət əməkdar jurnalist, teleaparıcı Mahir Məmmədlidən gedir...

O, 1975-ci ilin qızmar yay günlərindən birində Gəncə şəhərində dünyaya gəlib. Qәrb Universitetinin politologiya ixtisasına qәbul olunsa da, sonradan öz istәyi ilә Gәncә Dövlət Universitetinin Hüquq fakültәsinә köçürülüb və oranı müvəffəqiyyətlə başa vurub. Amma öz ixtisası üzrə işləməyib. Çünki hələ ali mәktәbә qәbul olunmamışdan öncə jurnalistika sahәsindә çalışdığı üçün, gələcəyini bu sahədə görüb. Və ANS-in bölgə müxbiri kimi işini davam etdirib. Hazırda Real Tv-nin baş redaktorunun müavinidir...

Deyir ki:- “1990-1991-ci illәrdә Gәncәdә orta mәktәbdә oxuyanda Rauf Arifoğlu ilә tanış olduq. O vaxt “Yeni Müsavat” Gәncәdә gizli çap olunurdu. Qәzetdә Rauf bәyә yardım edirdim. Elә o vaxtdan jurnalistikaya marağım yarandı. 1992-ci ildә artıq “Yeni Müsavat” Bakıya köçmüşdü. Orta mәktәbi bitirdim vә Rauf Arifoğlu mәni Bakıya işlәmәyә dәvәt etdi. Bununla da peşәkar jurnalistikaya yaxınlaşmış oldum vә Bakıya gәlәrәk qәzetlәrdә işә başladım. 1992-ci ildә test üsulu ilә qәbulun ilk ili idi. Mәn test üsulu ilә qәbula yox, adi qaydada imtahanlara hazırlaşmışdım. Gәncәdә tarix fakültәsinә qәbul olunmaq istәyirdim. Bakıda oxumaq fikrim yox idi. Amma iş elә gәtirdi ki, mayda hakimiyyәt dәyişdi, demokratik qüvvəlәr yeni qaydalar tәtbiq etdilәr. Hәmin il qәbul imtahanları sentyabra qәdәr lәngidi. İyulda isә Qәrb Universitetinә qәbul keçirilirdi. İmtahan verdim vә qәbul olundum. Universitet ürәyimcә idi. Amma orada jurnalistika fakültәsi yox idi. Bu sahәyә daha yaxın olan politologiya vә sosiologiya fakültәsini seçdim. Hәm dә hesab edirәm ki, yaxşı jurnalist olmaq üçün jurnalistika fakültəsini bitirmәk vacib deyil. Jurnalistika sonradan öyrәdilәn şey deyil, istedad mәsәlәsidir, qanda olsun gәrәk. Ötən müddət ərzində çox mətbu orqanda çalışmışam. Әn tanınmışlarını deyim: “Yeni Müsavat”, “Cümhuriyyәt”, “Ekspress”, “Günaydın”, “Mәrkәz” qәzetlәri, Space, ANS, APA televiziyaları. Amma karyeramın әn uzun dövrünü “Yeni Müsavat” vә ANS-dә keçirmişәm. Yaşım 50-yə yaxınlaşıb vә ömrümü jurnalist kimi bitirmәkdә qәrarlıyam. Tәbii ki, qismәt olsa...”

Ayıq, hazırcavab, çevik və bacarıqlı insandır. Mülayim, sakit, zərif və diqqətli olması ilə yanaşı, cəld, xeyirxah, səbirli və çox məsuliyyətlidir. Bəzən öz fikirlərini başqalarına açıqlamaq istəməsə də, reallıqdan qaçmır. Dostlarına qarşı həmişə sadiqdir. Mehriban münasibəti ilə seçilir. Çətin problemlərlə qarşılaşdıqda heç vaxt təslim olmur, əksinə, həll yollarını tapmaq üçün səylərini davam etdirir. Bu isə o deməkdir ki, o, sonda hamının həsəd aparacağı uğur qazana bilir. Bir sözlə, güvənilən və incə təbəssümə sahib olan birisidir...

“Xəbər verilişlərində mənbə çox böyük rol oynayır. Şəxsən mən sosial şəbəkələr vasitəsilə böyük bir qrup, kəsim tanımışam. Bunların hamısı bilirlər ki, Mahir Məmmədli reportyordur və onlar hadisə baş verən yerdən keçəndə Watsapp və ya Facebook vasitəsilə hadisə haqqında və onun yeri ilə bağlı mənə məlumat verirlər. Mən də dərhal hadisə yerinə nümayəndəmizi göndərməyə çalışıram. İndi hüquq-mühafizə orqanlarının texnikası elə inkişaf edib ki, hadisə yerinə vaxtında çatmaq çətinləşib. Qəzaya uğramış maşını dərhal götürüb aparırlar, yaralanan və ya həlak olan varsa, xilasedicələr tez bir vaxtda müdaxilə edərək onları xəstəxanaya, yaxud morqa çatdırırlar. Ona görə də məlumatın bizə nə vaxt çatmasının böyük önəmi var. Hesab edirəm ki, sosial şəbəkələr olmasaydı, bəzi məlumatları ala bilməzdik. Çox adamlarda telefonum olmasa da, Facebook-da dostlarım çoxdur, kim nə hadisə görürsə, mənə də yazır.”- söyləyir.

…Dahi adamın rəhbərliyi altında çalışmaq isə böyük bir məktəbdir. Elə bir məktəb ki, insanı düzgün istiqamətləndirir, uğur qazanmağın yollarını aşılayır. Bəli, avqustun 16-sı haqqında söhbət açdığım əməkdar jurnalist Mahir Məmmədlinin 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Yubileyi mübarək olsun!

Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri