Icma.az
close
up
RU
Yük avtomobilləri ilə bağlı qəzalar artıb: NİYƏ?

Yük avtomobilləri ilə bağlı qəzalar artıb: NİYƏ?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri sırasında yük avtomobillərinin sürücüləri tərəfindən törədilən qəzalar da az deyil.

Bu gün paytaxtda onların ümumiyyətlə, müəyyən saatlarda mərkəzdə hərəkət etmələri qadağandır. Ancaq buna baxmayaraq, yük avtomobillərinin sürücüləri bir sıra fəsadlar törədir.

Ümumilikdə isə sürücülərin sükan arxasında yuxulaması əsasən uzunmüddətli, dayanmadan işləmələri və yorğunluq nəticəsində baş verir. Gecə reysləri, monoton yol şəraiti və istirahət rejiminin pozulması yuxululuğu artıran digər əsas amillərdir.

Bu hal ağır qəzalara və fəsadlara səbəb ola bilər. Yük maşını sürücülərinin yuxulamasına səbəb olan digər faktorlar isə istirahət etmədən saatlarla avtomobil idarə etmək, yükü vaxtında çatdırmaq üçün təzyiqlər, uzun və təkrarçılıqlı yolların yaratdığı yorğunluq, bədənin təbii yuxu rejiminə zidd olan saatlarda işləməsidir. 

Baş Dövlət Yol Polisi İdarəsi məhz bu gün törədilən bir hadisə ilə bağlı yaydığı məlumat da onlardan biridir. Bildirilib ki, bu gün saat 07 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Sərxan Kazımovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun üç sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məhz son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzalarının sayında artım müşahidə olunur. Belə hadisələr əksər hallarda sürücülərin idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqəli olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən onlardan diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına, eləcə də iş və istirahət rejiminə ciddi əməl etməyi tələb edir.

Yük avtomobilinin sürücünün iş rejimindən artıq çalışması qanunauyğundurmu?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, hadisənin təfərrüatı ilə tanış olduqda həmin ərazinin potensial qəza ocağı yeri olduğu məlum olur:

“Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı”nda belə qəza ocaqları ilə bağlı iddialar var.

Qeyd edilir ki, belə qəza ocaqlarının neytrallaşdırılması, həmin ərazidə qəzaların sayının azaldılması istiqamətində müvafiq qurumlar müəyyən işlər görməlidir ki, həmin ərazidə qəzalar olmasın. Bu, qurumların üzərinə düşən məsələdir. 

Ümid edirəm ki, həmin qəza ocaqları ilə bağlı işlər davam etdirilir. Burada söhbət yolların işıqlandırılması, yol nişanlarının qoyulması, yolların xətlənməsi, ümumiyyətlə, yol infrastrukturuna daimi nəzarət, həmçinin hərəkətə nəzarət gücləndirilməlidir.

O ki qaldı yük avtomobillərinin sürücülərinin tez-tez yuxulu vəziyyətdə və yoğun olmasına, bəli, belə hallar olub. Qəzadan sonra məlum olub ki, sürücü ya yorğun, ya da yuxulu olub. 

Bu problemləri həll etmək üçün bu riskləri nəzərə alaraq qanunvericiliyə dəyişiklik edilib. Yük avtomobillərinin sürücülərinin çalışması ilə bağlı konkret reqlament var.

Daşıyıcı şirkətlər də, hüquqi və fiziki şəxslər də bu reqlamentə əməl etməlidirlər. Əməl etmədikdə belə xoşagəlməz hallar var verir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Eldəniz Cəfərov qəzalar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri