Yük maşınları zəncirvari qəza törətdi: 17 ölü
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Keniyada Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb.
Məlumata görə, qəza Salam şəhərində baş verib.
Belə ki, sahil şəhəri Mombasaya yönələn yük maşınının sürücüsü avtomobil karvanını ötməyə cəhd etsə də, digər yük maşınının arxa sağ hissəsinə toxunub. Zərbənin nəticəsində birinci yük maşınının sürücüsü idarəetməni itirib və qarşıdan gələn iki nəqliyyat vasitəsinə çırpılıb.
Daha sonra o, içərisində 12 sərnişin olan mikroavtobusla toqquşub. Sürücü də daxil olmaqla bütün sərnişinlər həlak olub.
Bundan başqa, birinci yük maşınının sürücüsü də daxil olmaqla, daha 4 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Polis araşdırma aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Oktyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















