Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Yüksək əxlaqi dəyər, vətənpərvərlik və milli şüur Azərbaycan gəncliyi bu prinsiplərə söykənir KONKRET

Yüksək əxlaqi dəyər, vətənpərvərlik və milli şüur Azərbaycan gəncliyi bu prinsiplərə söykənir KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsinin, milli ruhda tərbiyə amiliylə bağlıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib. 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan İdman Akademiyasının professoru, pedoqogika üzrə elmlər doktoru  Dilqəm Quliyev bildirib ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir: “Vətənpərvərlik amili gənclərin vətəndaş kimi formalaşmasında hər zaman öz gücünü göstərib. Gənclərin bu ruhda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı mühüm əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Mənəvi şüurun formalaşmasında milli dəyərlər böyük rola malikdir.Bu dəyərlər mənəviyyatın kamilləşməsinin əsasıdır. Təsadüfi deyil ki, milli dəyərlər ali hisslər kimi, insanın fəaliyyətini stimullaşdıran amillər kimi qiymətləndirilir. Milli-mənəvi dəyərlər vətənpərvərlik müstəvisində çulğalaşaraq, insanın yaşam amalına çevriləndə əsl vətəndaş formalaşır. Qədim tarixi köklərə malik xalqımız  milli dəyərləri əsrlərin süzgəcində cilalayaraq, bənzərsiz özünəməxsus zənginliyə malik milli dəyərlər yaradıb. Bu irs zaman-zaman böyüyən nəslin yaddaşına hopub, nəticədə milli-mənəvi dəyərlər xalqımızın mentalitetinə çevrilib. Öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq. Milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan, son hadisələr Azərbaycan gəncliyinin həm də milli mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. Milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizə çərçivəsində önəmli amillərdən biridir. Son hadisələr bir daha göstərdi ki, bizim savaşacağımız yer də, şəhid olacağımız məkan da Vətəndir.

Ulu öndər Heydər Əliyev xalqın tələbiylə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı. Elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, Azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi.

 Azərbaycan gəncliyi qəhrəmanlıq göstərdi, meydanda ərlik nümayiş etdirdi. Bu onun millətinə, xalqına, torpağına, Ali Baş Komandanına olan inam və sədaqətin göstəricisidir. Bu gəncliyimizin milli dəyərlərə bağlılığıdır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılması vacibdir. Torpaqlarımızın 20 faizinin işğal aıtında olduğu vaxtlarda orta məktəblərdə milli şüurun formalaşması önəmli faktor hesab olunurdu. Ona görə də bu istiqamətdə sistemli tədbirlər keçirilirdi.

Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək keçdiyimiz ağrılı-acılı yolda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsünü təqdirəlayiq hesab etmək olar. Akademiyamızda aparılan ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tutmaq kimi keyfiyyətlər tərbiyə edir.

Azərbaycan xalqının üzləşdiyi faciələr, elan olunmamış müharibə İdman Akademiyasının tələbələrini də Vətənin müdafiəsi üçün ayağa qaldırdı. Müharibənin ilk günlərindən akademiyamızın nəzdində yaradılmış “Qarabağ” qərargahına tələbələrimizdən 200-dən artıq ərizə daxil olmuşdu. Qarabağda, eləcə də sərhəd rayonlarında erməni quldur dəstələrinin törətdiyi cinayətlərə dözməyən tələbələrimiz könüllü olaraq cəbhəyə yollandılar. Tələbə döyüşçülərimiz cəbhələrdə böyük igidlik və şücaət göstəriblər. Təkcə Laçın rayonunun müdafiəsində AzDBTİA-nın 30-dan artıq tələbəsi vuruşurdu. Tələbələrimizin döyüş nöqtələrində göstərdikləri şücaətə görə hərbi hissələrin komandirləri tərəfindən rektorluğun adına çoxlu teleqram və məktublar daxil olmuşdur. Qarabağda və Ermənistanın həmsərhəd rayonlarında vuruşan tələbələrimizlə əlaqəmiz mümkün olsun deyə akademiyada qərargah yaradılmışdı.

Qarabağın dağlıq hissəsində baş verən döyüşlərdə igidlik, şücaət və vətənpərvərlik göstərdiklərinə görə iki məzunumuz Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldü, 26 tələbəmiz və məzunumuz isə şəhid oldu.

27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına “Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Müharibənin ilk günündə on minlərlə vətən övladı ilə bərabər İdman Akademiyasının tələbə və məzunları könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət etdi.

Nəhayət, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan  Ordusu 29 il işğal altında qalmış doğma torpaqlarımızı 44 günlük qanlı müharibədən sonra erməni işğalçılarından azad etdi.

  Vətən Müharibəsində Azərbaycan idmançılardan 1402 nəfər iştirak edib, 367 şəhid olub, 158 nəfər yaralanıb.

Birincı və ikinci Qarabağ müharibəsində ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan İdman Akademiyasının tələbə və məzunlarından Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 414  nəfər iştirak etmiş, 47 nəfər qəhrəmancasına şəhid olmuşdur. Onlardan  3-ü Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, 41 nəfər yaralanmışdır.

Unutmaq olmaz ki, müharibə zamanı ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi yardımı böyük qələbənin qazanılmasında mühüm rol oynayır. Bu, akademiyanın professor-müəllim heyəti və tələbələrimizin əsas işlərindən birinə çevrilmişdi.

Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyyəsinə böyük təsir göstərir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri