Icma.az
close
up
RU
Müasir Azərbaycan gəncliyi vətənpərvərlik nümunəsidir

Müasir Azərbaycan gəncliyi vətənpərvərlik nümunəsidir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman təkcə fiziki fəaliyyət sahəsi deyil, strateji dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının səsləndirdiyi faktlar və verdiyi mesajlar idmanın ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində, gənc nəslin formalaşmasında və ümumi inkişaf strategiyasında oynadığı mühüm rolu aydın şəkildə ortaya qoyur.

2025-ci il Azərbaycan idman tarixinə rekord göstəricilərlə daxil olub. İl ərzində idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanıblar. Bu rəqəmlər təkcə statistik göstərici deyil, illərdir ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsidir. Keçən illə müqayisədə medalların sayının artması idmanın inkişafına göstərilən diqqətin və yaradılan şəraitin təbii nəticəsi kimi qiymətləndirilə bilər.
Azərbaycanda idmanın inkişafı məqsədilə son illərdə demək olar ki, sıfırdan formalaşdırılmış müasir idman infrastrukturu yaradılıb. Bu gün paytaxtla yanaşı, bölgələrdə də idmanla məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu tip komplekslərin sayı 46-ya çatıb. Bu isə regionların sosial inkişafı ilə idman siyasətinin vəhdət təşkil etdiyini təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulayıb ki, sağlam gənc nəsil ölkənin gələcək inkişafının əsas təminatıdır. Uşaqlıqdan idmana cəlb olunan gənclər təkcə idman uğurları üçün deyil, həm də fiziki və mənəvi baxımdan sağlam cəmiyyətin formalaşması üçün vacibdir. Bu baxımdan idman həm sağlam həyat tərzinin, həm də sosial məsuliyyətli vətəndaş yetişdirilməsinin mühüm vasitəsidir.
Dövlət başçısının qeyd etdiyi kimi, gənclərin sağlam ruhda və vətənpərvərlik ideyaları əsasında tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. İdman gənclərin fiziki hazırlığı ilə yanaşı, onların mənəvi saflığını, məsuliyyət hissini və Vətənə bağlılığını formalaşdırır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra idmançılarımız beynəlxalq arenaya müzəffər xalqın nümayəndələri kimi çıxırlar və bu, onların məsuliyyətini daha da artırır.
2025-ci ildə ölkəmizdə keçirilən MDB ölkələrinin üçüncü Oyunları Azərbaycanın idman potensialını bir daha nümayiş etdirdi. Yarışların Bakı ilə yanaşı, Gəncə, digər şəhərlər və Xankəndidə keçirilməsi regionların beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını sübut etdi. Minlərlə xarici qonağın yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliklə tanış olması Azərbaycanın beynəlxalq imicinə mühüm töhfə verdi. Eyni zamanda, Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri ölkəmizin artıq ən nüfuzlu dünya idman platformalarında da öz yerini tutduğunu göstərdi. Dünya mediasında geniş işıqlandırılan bu yarış Bakı şəhərinin müasirliyini və inkişaf səviyyəsini bir daha ön plana çıxardı.
Prezident İlham Əliyev Formula 1 yarışlarının ölkəmizin tanıdılmasında xüsusi rolunu vurğulayıb. İlk Formula 1 yarışından sonra Azərbaycana gələn xarici turistlərin sayının 20 faiz artması idmanın turizmə verdiyi töhfənin bariz nümunəsidir. Yarım milyardlıq auditoriyaya malik bu yarışlar vasitəsilə Bakı şəhərinin gözəlliyi və ölkənin potensialı bütün dünyaya nümayiş etdirilir.
İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycanın qış idman növləri üzrə də beynəlxalq idman xəritəsində mövqeyini möhkəmləndirir. Şahdağ Turizm Xizək Mərkəzinin davamlı inkişafı, yeni trasların istifadəyə verilməsi və özəl sektorun artan marağı bölgədə minlərlə iş yerinin yaradılmasına səbəb olub.
2025-ci ildə Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymətdir. Bu ad həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması artıq 30 ilə yaxındır davam edən ədalətli və davamlı ənənədir.
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanın idman strategiyası sistemli, davamlı və gələcəyə hesablanmış siyasətdir. İdman sahəsində əldə olunan uğurlar ölkənin beynəlxalq nüfuzunu artırır, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşmasına xidmət edir və Azərbaycanın güclü dövlət kimi mövqeyini möhkəmləndirir.

Saleh Məhərrəmov
YAP Oğuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri