Icma.az
close
up
RU
Yüksək internet sürəti üçün mənzillərə çəkilən “ethernet” kabellərin texniki uyğunluğuna diqqət yetirilməlidir

Yüksək internet sürəti üçün mənzillərə çəkilən “ethernet” kabellərin texniki uyğunluğuna diqqət yetirilməlidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, şəbəkələrin texnoloji yenilənməsi və ümumilikdə sektoral inkişafla bağlı qarşıya qoyulmuş hədəflər müzakirə edilib.

Görüşün keçirilməsində məqsəd isə ötən müddət ərzində operator və provayderlərin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün gördükləri hazırlıq işlərinin vəziyyəti, çətinlikləri və cari texnoloji vəziyyətin müzakirəsi olub.

Tədbirdə çıxış edən İKTA nümayəndələri internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb, “Ookla Global Index” üzrə beynəlxalq mövqelər və müvafiq statistika ilə bağlı təqdimat ediblər. Həmçinin şəbəkələrin modernləşdirilməsi, “ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) və simsiz texnologiyaların yeni nəsil texnologiyalarla əvəzlənməsinin zəruriliyi diqqətə çatdırılıb.

İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “ethernet” kabellərin istifadəsi tələb olunur. Bu səbəbdən İKTA həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb.

İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.

Sonda operator və provayder nümayəndələrinin rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb, toplantının nəticəsi olaraq bu tipli görüşlərin, seminarların və təlimlərin mütəmadi keçirilməsi qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri