Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Yüksək maaş alan da, az maaş alan da küçələrdədir…” ACI REALLIQ KONKRET

“Yüksək maaş alan da, az maaş alan da küçələrdədir…” ACI REALLIQ KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Minimum əmək haqqı hazırda 400 manatdır. Orta əmək haqqı isə bu il 1000 manatdan bir qədər yuxarıdır. Bu o deməkdir ki, minimum əmək haqqı orta əmək haqqının 40 faizindən də aşağıdır. Bu, çox aşağı göstəricidir. Azərbaycanın inkişaf dinamikası ilə də uyğun gəlmir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər iqtisadçı Fuad İbrahimova aiddir. Ekspert yenisabah-a açıqlamasında məsələni belə şərh edib:

“Avropada maaş sistemi daha balanslıdır, mühit də fərqlidir. Avropanın bəzi iqtisadi cəhətdən zəif ölkələrində belə vəziyyət fərqlidir. Hətta bir çox yerlərdə şənbə və bazar günləri insanlar işləmir, apteklər, mağazalar bağlı olur, çünki əmək haqqı onların həyatını təmin edir. Bizdə isə əksinədir – yüksək maaş alan da, az maaş alan da küçələrdədir, əlavə qazanc dalınca qaçır. Hazırda Azərbaycanda vəziyyət belədir ki, hər kəs – nazirdən tutmuş şagirdə qədər – əlavə məşğuliyyət axtarır. Təhsil zəifdir, uşaq məktəbdən gəlir, hazırlığa gedir. Minimum əmək haqqının aşağı olmasının əsas səbəblərindən biri də iş yerlərinin yetərincə olmamasıdır.

Məsələn, İsmayıllıda velosiped zavodu, Sumqayıtda sənaye parklarında müxtəlif müəssisələr açıldı. Açılışlarda prezident iştirak edir, maliyyə dəstəyi verilir, vergidən azadolma tətbiq olunur. Amma 6-7 aydan sonra zavod fəaliyyətini dayandırır. Sual yaranır: niyə? Texniki-iqtisadi əsaslandırmanı kim hazırlayıb? Əgər müəssisə işləməyəcəksə, niyə açılır?”

Müsahibimiz onu da vurğulayıb ki, bu gün Ermənistanda və Gürcüstanda orta əmək haqqı dollar ifadəsində Azərbaycandan yüksəkdir:

“Halbuki, bizim təbii resurslarımız, imkanlarımız daha çoxdur. Deməli, idarəetmədə problem var. Hazırda bir işin dəyəri 1200–1300 manatdırsa, biz onu üç nəfərə bölüb hərəsinə 400 manat veririk. Halbuki, bir nəfərin işinə həmin məbləğ ödənilməlidir. Minimum əmək haqqı, ən azı, orta əmək haqqının 60–65 faizini təşkil etməlidir. Yəni, orta əmək haqqı 1000 manatdırsa, minimum əmək haqqı 600–650 manat olmalıdır. Bu da böyük rəqəm deyil, sadəcə insanın normal yaşayışı üçün minimal tələbdir. Bunu həyata keçirmək mümkündür. Sadəcə olaraq, dövlət nəzarəti gücləndirilməli, müəssisələrin real işləməsi təmin olunmalıdır. Zavod dediyimiz yerdə 100–200 nəfər işləməlidir, 20 nəfərlə bu müəssisəyə zavod demək olmaz. Əks halda, statistik məlumatlarda zavodların sayı göstərilsə də, məhsul istehsalında çəkisi görünmür.

Beləliklə, əsas problem əmək bazarının qeyri-effektivliyi, müəssisələrin tam gücü ilə işləməməsi və minimum əmək haqqının real tələbatı ödəməməsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri