Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı 4 ədviyyat
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yüksək təzyiqdən əziyyət çəkənlər duzdan mümkün olduğu qədər az istifadə etməlidirlər. Belə xəstələr yeməkləri dadlandırmaq üçün ədviyyatlara üstünlük verə bilərlər.
Bu barədə diyetoloq Serhio Torres bildirib.
Onun sözlərinə görə, qara istiot, sarıkök, reyhan və kəklikotu qan təzyiqini artırma riski olmadan yeməyin dadını yaxşılaşdırır.
Həkim xatırladıb ki, həddindən artıq duz istehlakı maye balansını pozur. Duz bədəndə mayenin saxlanmasına və dövran edən qanın həcminin artmasına səbəb olur. Bu da öz növbəsində qan damarlarının divarlarına təzyiqi artırır.
Həkim ürək-damar sisteminin sağlamlığını qorumaq üçün pəhrizə tərəvəz, meyvə, paxlalı bitkilər və yüksək miqdarda Omeqa-3 ehtiva edən məhsullar əlavə etməyi də məsləhət görüb. Məsələn, balıq, çərəzlər və zeytun yağı Omeqa-3 ilə zəngindir.
Mütəxəssis daha çox su içməyin zəruriliyini də xüsusi vurğulayıb. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















