Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Yüksək təzyiqi salan ən ucuz MƏHSUL

Yüksək təzyiqi salan ən ucuz MƏHSUL

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hipertoniya qan təzyiqinin yüksək olmasıdır və arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir.

Dünya əhalisinin təxminən 30 faizi təzyiq xəstəliyindən əziyyət çəkir. Qlobal sağlamlıq problemi hesab edilən yüksək təzyiq üçün əsas hədəf orqanlar ürək, beyin, böyrəklərdir.

Hətta mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür. Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə bu gün 2005-ci ildən qeyd olunur. 

Bir çox ölkələrdə 60 yaşından yuxarı olan əhalinin 50 faizdən çoxu yüksək arterial təzyiqə malikdir. Dərmanlar yalnız təzyiqi azaltmağa kömək edir. Belə ki, xəstəliyin səbəbini aradan qaldırmaq üçün həyat tərzinizi tamamilə dəyişdirmək tələb olunur. 

Bunun üçün pis vərdişlərdən uzaq olmalı: siqaretdən, alkoqollu içkilərdən birdəfəlik qurtulmaq, düzgün və sağlam qidalanmaq, açıq havada gəzmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatına görə, Azərbaycanda hər il hipertoniyadan orta hesabla 24 min insan ölür. Hipertoniya "səssiz qatil" adlanır. Bu xəstəlikdən əziyyət çəkənlərin çoxu problemin olduğunu bilmir.

Çünki hipertoniya heç bir əlamət olmadan, simptomsuz da keçə bilər. Buna görə də, belə hallara şübhə yaranarsa, qan təzyiqini mütəmadi ölçmək vacibdir.

İngiltərənin Exeter Universitetinin apardığı yeni araşdırma isə təbii qidaların yüksək təzyiqə təsirini bir daha ortaya qoyub. Alimlər sübut ediblər ki, bir neçə qurtum çuğundur şirəsi qan təzyiqini aşağı sala, damarların sağlamlığını yaxşılaşdıra və orqanizmdə iltihabı azalda bilər.

Araşdırmalara görə, çuğundurun tərkibində yüksək miqdarda təbii nitrat var. Bu birləşmələr, qəbul edildikdə, qan damarlarını genişləndirən azot oksidinə çevrilir və bununla da qan təzyiqini aşağı salmağa kömək edir. Bundan əlavə, çuğundur şirəsinin təkcə ürək-damar sağlamlığına deyil, həm də ağız mikrobiomuna müsbət təsir göstərdiyi, iltihabı azaltdığı sübut edilib.

Tədqiqat qrupundan olan professor Andy Jones deyib:

"Nitratla zəngin qidalar ağızın mikrobiotasını dəyişdirərək, iltihabı azaldır və yaşlı insanlarda qan təzyiqini aşağı salır.Bu da öz növbəsində ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir". 

Araşdırma nəticəsində məlum olub ki, 20-40 yaş arasında olan hər 10 nəfərdən biri, 50-60 yaş arasında isə hər 10 nəfərdən beşi hipertoniya ilə mübarizə aparır. Dərman ümumiyyətlə, yüksək qan təzyiqi üçün müalicənin ilk xətti olsa da, pəhriz və həyat tərzi dəyişiklikləri də çox vacibdir. Bu kontekstdə gündəlik qida rasionunuza çuğundur suyu kimi təbii əlavələrin daxil edilməsi tövsiyə olunur.

Alimlərin fikrincə, müntəzəm olaraq istehlak edilən az miqdarda çuğundur şirəsi belə damar sistemini qoruya və qan təzyiqini tarazlaşdırmağa kömək edə bilər.

Tədqiqatın nəticələri bir daha nümayiş etdirir ki, yüksək qan təzyiqi ilə bahalı dərmanlara və ya müalicələrə müraciət etmədən mübarizə aparmaq üçün effektiv və əlçatan yollar mövcuddur.

Nigar
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri