Yumurta alarkən diqqətli olun: Tarixsiz məhsul sağlamlığa təhlükə yarada bilər AÇIQLAMA
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial şəbəkələrdə marketlərdə satılan toyuq yumurtalarının istehsal və qablaşdırma tarixinin qeyd edilmədiyi iddia edilir. Bildirilir ki, qablaşdırmada tarix üçün nəzərdə tutulmuş yer boş qalır, bu isə satıcıya yumurtanı istədiyi müddət ərzində satışa çıxarmağa imkan verir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı şirkətlərdən birindən bildirilib ki, yumurtaların hər birinə satışa çıxarılmadan əvvəl lazer şüaları ilə istehsal tarixi yazılır:
"Son istifadə tarixini isə məhsulu alan şirkət qeyd etməlidir. Burada məsuliyyət satıcıya aiddir. Biz minlərlə yumurta istehsal edirik, marketlər isə onları qablaşdırıb alıcıya təqdim edir. Bu zaman tarixi bizim qeyd etməyimiz mümkün deyil. Lazerlə yazılmış tarixə müdaxilə olunduğu halda dərhal hiss olunur, çünki yumurtanın qabığı zədələnir. Mürəkkəblə saxta tarix yazmaq mümkündür, amma bu da ilk baxışda nəzərə çarpır", - deyə şirkət açıqlama verib.
Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salmanov bildirib ki, istehlakçılar yumurta alarkən xüsusilə diqqətli olmalıdırlar. İstehsal və son istifadə tarixi göstərilməyən yumurtalar həm keyfiyyət baxımından, həm də sağlamlıq üçün ciddi risk daşıyır. Tarixsiz məhsulların nə qədər müddət ərzində saxlandığı, hansı şəraitdə qorunduğu və nə vaxt yığılaraq satışa çıxarıldığı məlum olmadığı üçün bakterial çirklənmə, xüsusilə də Salmonella riski xeyli artır.
Köhnə yumurta əvvəlcə xarici görünüşdə dəyişiklik yaratmaya bilər, lakin içəridə mikrobioloji təhlükə inkişaf etmiş ola bilər. Bu səbəbdən istehlakçılar yalnız rəsmi markalanmış, tarixli və sertifikatlı məhsullara üstünlük verməli, şübhəli görünən və ya üzərində heç bir istehsal məlumatı olmayan yumurtaları almamalıdırlar.
Qeyd edək ki, qida təhlükəsizliyi gündəlik sağlamlığımızın ən vacib hissələrindən biridir və bu kimi kiçik görünən detallar gələcəkdə böyük problemlərin qarşısını almağa kömək edir.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 25 Noyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















