Icma.az
close
up
RU
Yumurtanın bahalaşmasının səbəbləri bilindi: Qida təhlükəsizliyinə birbaşa təsir edir

Yumurtanın bahalaşmasının səbəbləri bilindi: Qida təhlükəsizliyinə birbaşa təsir edir

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yumurtanın qiymətində son günlər artım müşahidə olunur. Artım kənd yumurtasında da hiss olunur. 

Bəs bahalaşma nə ilə bağlıdır?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, son vaxtlar quşların baş sayında ciddi azalma var.

Onun sözlərinə görə, son bir neçə ili müqayisə etsək, 20 faizdən çox azalma müşahidə olunur:

"Bu azalmanın səbəbi isə yem qiymətinin bahalaşmasıdır. Yemin qiyməti ildən-ilə qalxır. Bu səbəbdən həmin sahə ilə məşğul olan kəndlilər saxladıqları quşların sayını azaldırlar. Quşlar arasında, xüsusən kənd yerlərində xəstəliklər yayılır və o sahədə xidmət də bizi qane edəcək səviyyədə deyil. Bu da təsir edir və quş yeminin qiymətinin son vaxtlar kəskin bahalaşdığını görürük. Bu problem də mövcuddur. Əlbəttə, bütün bu problemlər qiymətə təsir göstərir.

Siz Dövlət Statistika Komitəsinin məlumatlarına baxsanız, avqust ayından başlayaraq quş yumurtasının qiymətində artımın qeyd olunduğunu görərsiniz. İndi bizi qarşıda nə gözləyir? Mən düşünmürəm ki, qısa müddətdə bu işlərin öhdəsindən gəlinsin. Yemin qiymətini aşağı salmaq üçün yem istehsalını artırmaq lazımdır. Quşların baş sayını artırmaq üçün də yem istehsalının artırılmasına ciddi ehtiyac var. Yem istehsalı yalnız artmamalıdır, həm də yemin maya dəyəri aşağı düşməlidir. Bitkiçilikdə, xüsusən dənli bitkilərin məhsuldarlığını artırmalıyıq ki, məhsulun maya dəyəri aşağı düşsün və satış qiyməti də enmiş olsun". 

Ekspertin fikrincə, əgər yem istehsalı artsa, quşçuluqda ciddi problem yaranmaz:

"Çünki quşçuluqla məşğul olanların sayı artır və son vaxtlar mənə də kəndlilərdən zənglər gəlir, quşçuluqla məşğul olmaqda, həm ət, həm də yumurta istehsalı ilə bağlı maraq göstərirlər. Amma bunun üçün yem istehsalını artırmaq, yemin maya dəyərini aşağı salmaq lazımdır. Bunun üçün də məhsuldarlığın artırılması vacibdir.

Baxın, bizim heyvandarlıqla bağlı bütün problemlərimiz yemlə əlaqəlidir. Əgər kifayət qədər yem olarsa, süd istehsalımız bizi təmin edə biləcək həcmdə olar, yəni indikindən iki dəfə çox.

Bizdə heyvandarlıq məhsullarına olan tələbat təəssüf ki, beynəlxalq normalara uyğun təmin edilmir. Bu isə defisit yaradır. Defisit yarananda işbazlar bundan sui-istifadə edir və qiymətləri artırırlar. Qiymət artımında da dediyim kimi, yemin baha olması və yem çatışmazlığı əsas rol oynayır. Yem çatışmazlığı olduğu üçün kifayət qədər ət, süd və yumurta istehsal edə bilmirik. Əgər heyvandarlığın inkişafını istəyiriksə, heyvandarlıq məhsullarının qiyməti əhali üçün əlçatan olmalıdır".

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov isə qeyd edib ki, yumurtanın bahalaşması ilə bağlı mövsümi baxımdan təbii bir hal var:

"Hava soyuduqca kənd toyuqlarında yumurtlama faizi aşağı düşür. Ona görə kənd yumurtasının 30-40 qəpik olması müəyyən qədər təbiidir. Amma quşçuluq təsərrüfatlarında vəziyyətə gəlincə, bu gün quşçular, Quşçuluq Təsərrüfatı Birliyi digər təsərrüfat birliklərindən fərqli olaraq çox fəal çalışır, məsələləri düzgün şəkildə hökumət qarşısında qoyur və bu sahənin inkişafı üçün bir çox nailiyyətlər əldə olunub. Bunu təqdir etmək lazımdır.

Amma çox təəssüf ki, quşçuluq təsərrüfatlarının böyüməsinə şəhərsalma, əmlak məsələləri və rayon icra hakimiyyətləri maneələr törədir. Təsərrüfatlar böyüməli, yeni küməsxanalar tikilməlidir. Bu isə istehsala ciddi təsir edən amilə çevrilir və bu gün də nəticədə bahalaşmaya, qıtlığa səbəb olur".

Ekspertin fikrincə, arzuolunan odur ki, digər dövlət orqanları quşçuluq təsərrüfatlarına kömək etsinlər:

"Təsəvvür edin, layihədən cəmi bir-iki metr kənara çıxma kimi məsələlərə görə bir çox təsərrüfatlar sənədlərini ala bilmir, Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı problemlər yaranır, rayon və icra hakimiyyəti rəhbərlikləri mane olur, şəhərsalma ilə bağlı gecikmələr ortaya çıxır və aylarla bu təsərrüfatların işi ləngiyir. Bu isə ölkənin qida təhlükəsizliyinə birbaşa təsir edir. Qiymət artımının əsas səbəblərindən biri də budur.

Bütün dövlət orqanları bir yumruq kimi bu sahədə iş adamlarına dəstək olmalıdır. Quşçuluq təsərrüfatlarına dəstək vermək vacibdir. Azərbaycanın quşçuluq təsərrüfatları kifayət qədər ixtisaslı, peşəkar və işinin ustası olan mütəxəssislərdir. Azərbaycan xaricə yumurta ixrac edirdi. Yeganə kənd təsərrüfatının sektorunda quşçuluq təsərrüfatlarıdır ki, bizim idxaldan asılılığımız demək olar ki, yoxdur. Çox cüzi faiz qalır və hətta məhsul ixracı da mövcuddur. Lakin bu inkişafın qarşısını alan əsas məsələ idarəçilikdən qaynaqlanan bürokratiya və digər maneələrdir".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri