Icma.az
close
up
RU
Yunanıstan qida tullantılarının həcminə görə Aİ də üçüncü yerdədir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ də üçüncü yerdədir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Afina, 29 sentyabr, AZƏRTAC

Yunanıstanda adambaşına düşən qida tullantılarının həcmi Avropa İttifaqının (Aİ) orta göstəricisini xeyli üstələyib və ölkə bu göstəriciyə görə adıçəkilən qurumda üçüncü yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın “Oikonomikos Tachydromos” nəşri Avropa Statistika Agentliyinin ən son məlumatlarına istinadla bildirir ki, 2024-cü ildə Aİ-də adambaşına orta hesabla 129 kiloqram qida tullantısı yaranıb. İttifaq üzrə ümumi həcm 57,9 milyon tona çatıb ki, bu da 2023-cü ildə qeydə alınmış 57,5 milyon tonla müqayisədə 0,7 faiz çoxdur.

Aİ üzrə qida tullantılarının 53 faizi ev təsərrüfatlarının payına düşüb. Bu, adambaşına 69 kiloqrama bərabərdir. Restoranlar və ictimai iaşə xidmətlərinin payı 12 faiz və ya adambaşına 15 kiloqram təşkil edib.

Qalan 35 faiz qida təchizatı zəncirinin daha erkən mərhələlərində yaranıb. Qida və içkilərin istehsalı ümumi tullantıların 19, ilkin istehsal, pərakəndə satış və digər paylama mərhələlərinin hər biri isə 8 faizini təşkil edib.

Yunanıstanda vəziyyət Aİ ortalamasından əhəmiyyətli dərəcədə fərqlənir. Ölkədə 2024-cü ildə adambaşına 208 kiloqram qida tullantısı qeydə alınıb. Ümumi həcm 2 milyon 159 min 56 tona çatıb.

Yunanıstanda ən böyük pay ev təsərrüfatlarının üzərinə düşüb. Ev təsərrüfatları 907 min 454 ton qida tullantısı yaradıb ki, bu da ölkədəki ümumi həcmin təxminən 42 faizinə bərabərdir. Qida emalı və istehsalı sektorunda 555 min 723, restoran və ictimai iaşə sahəsində 259 min 581, ilkin istehsalda 244 min 859, pərakəndə satış və paylama sahəsində isə 191 min 439 ton tullantı qeydə alınıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri