Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yunanıstanda davam edən isti hava dalğası səbəbindən açıq havada görülən işlərə məhdudiyyət qoyulub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əmək və Sosial Təminat Nazirliyinin açıqlamasına görə, ölkənin bir sıra bölgələrində, o cümlədən paytaxt Afinanın yerləşdiyi Attiki ərazisində saat 13:00-dan 17:00-dək tikinti, gəmiqayırma və kuryer xidmətləri kimi açıq havada görülən işlər dayandırılıb.
Qərar işçilərin yüksək temperaturdan qorunması məqsədilə qəbul edilib. Sağlamlıq problemi olan ofis işçiləri, yaşlılar və hamilə qadınlar kimi risk qrupuna daxil olan şəxslərin isə evdən işləməsinə icazə verilib.
Meteoroloqların proqnozuna görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəni keçəcək. Fessaliya bölgəsində temperaturun 43 dərəcəyə çatacağı gözlənilir.
Bəzi ərazilərdə isti hava ilə yanaşı səhradan gələn tozun da təsirli olacağı bildirilib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















