Icma.az
close
up
RU
Yunanıstanda keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşan Ləman Kərimli ilə MÜSAHİBƏ

Yunanıstanda keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşan Ləman Kərimli ilə MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 aprel, Fidan Əlizadə, AZƏRTAC

Müsahibimiz 260 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi, eyni zamanda musiqi məktəbinin 5-ci sinfində təhsil alan, öz yaşıdları arasında istedadı və uğurları ilə seçilən Ləman Kərimlidir. O, təkcə musiqi təhsili almır, həm də musiqi ilə yaşayır. Pianonun sədaları onun gündəlik həyatının bir hissəsinə çevrilib. AZƏRTAC-ın müxbiri gənc istedadın yaradıclıq yoluna işıq salıb.

Ləman musiqiçi ailəsində dünyaya gəlib. Sanki notlar, akkordlar və melodiyalar onun genetik yaddaşına yazılıb. Atası Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar artist Kamran Kərimovun sənətə olan vurğunluğu Ləmanın qəlbində musiqiyə tükənməz sevgi oyadıb. Onun əmisi qızı Nurel Kərimova hazırda Musiqi Akademiyasında təhsil alır. Bu ailədə musiqi sadəcə bir maraq deyil, həyat tərzidir.

Ləmanın musiqiyə ilk ciddi addımları Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbində başlayıb. O, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Tamella Məmmədovanın şagirdi olub: “Tamella müəllimə mənə sadəcə notları yox, musiqinin ruhunu dərk etməyi öyrədib. Deyərdim, musiqidəki ilk uğurlarımın təməlini o qoyub”.

Oradakı təhsil dövründə müxtəlif müsabiqələrdə iştirak edən Ləman ilk dəfə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən festivalda səhnəyə çıxıb. Fikrət Əmirovun məşhur valsını ifa edərək birinci yerə layiq görülüb. Bu qələbə onun musiqi karyerasında ilk addım olsa da, heç də sonuncu olmayıb.

Etüd müsabiqəsində qran-pri qazanıb, iri həcmli əsərlərin ifasında isə birinci yerə layiq görülüb. Onun istedadı artıq daha geniş auditoriyalara çatıb.

Ləman hazırda Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbində təhsil alır. Müəllimi Aytən Nəcəfova ilə çalışmaqdan xüsusi zövq aldığını deyir: “Aytən müəllimə ilə dərslərim çox motivasiyaedici keçir. Mənə təkcə texniki baxımdan deyil, musiqini hiss etmək baxımından da çox şey öyrədir”.

2025-ci ildə “Ümid Beynəlxalq İncəsənət” müsabiqəsinə qatılan Ləman, Frederic Burgmüllerin etüdünü ifa edərək tamaşaçıları və münsifləri heyran edib. Ardınca Qazaxıstanın təşkilatçılığı ilə keçirilən “Astana Stars” festivalında Frédéric Chopin-in “Waltz in C-sharp minor” əsərini səsləndirərək yenidən birinci yerə layiq görülüb.

Ən maraqlısı isə budur ki, Ləman artıq Yunanıstanda keçiriləcək beynəlxalq müsabiqəyə dəvət alıb. “Sənət dərslərimə mane olmur, əksinə, bu beynəlxalq səviyyədə iştiraklar mənim ingilis dilimi və dünyagörüşümü daha da inkişaf etdirir”, – deyə o əlavə edib.

Söhbətimizin sonunda Ləman musiqiyə olan sevgisini belə izah edib: “Pianino mənim üçün sadəcə bir alət deyil, o mənim dostumdur. Özümü onunla ifadə edirəm. Əllərin quruluşu bu işdə çox vacibdir, amma daha vacibi ruhun musiqiyə açıq olmasıdır. Mən bu sahədə özümü tapmışam. Arzum Azərbaycanı dünyada musiqi ilə tanıtmaqdır”.

Gənc istedadımız səhnəyə çıxanda həyəcan keçirmir. Əksinə, bu onun güclü tərəfidir. Hər yeni ifa, yeni səhnə onun üçün bir təcrübə, böyük bir arzuya doğru atılan addımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri