Yunanıstandan Ermənistana raketlər verilməsi xəbəri ilə bağlı AÇIQLAMA
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias S-300 zenit-raket komplekslərinin Ermənistana təhvil verilməsi planları ilə bağlı xəbərləri təkzib edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Dendias bu barədə hələ 2024-cü il dekabrından ona ünvanlanmış suala cavabında deyib.
"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Hər halda, Milli Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin istənilən nöqtəsində ölkənin müdafiə qabiliyyətini tam şəkildə saxlamaqdır", - Yunanıstan naziri cavabında bildirib.
Xatırladaq ki, bir sıra nəşrlərdə Yunanıstanın Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcəyi yazılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Fevral 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















