Yunanıstanın sabiq xarici işlər naziri Azərbaycanı sabitləşdirici amil adlandırıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Avropa İttifaqında bir çox məsələlərdə birlik yoxdur və bu, onları parçalayır, millətçiliyi genişləndirir. Avropa ekzistensial böhrandadır.
AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos deyib.
Paneldə bir neçə münaqişə barədə danışdıqlarını qeyd edən Dimitris Avramopoulos Avropada 400 milyon insanın miqrant olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanı da sabitləşdirici amil adlandıraraq Qlobal Bakı Forumunun dünyada ən böyük tədbirlərdən birinə çevrildiyini bildirib.
Dimitris Avramopoulos BMT-nin əvvəlki kimi güclü olmadığını, dərin böhran yaşadığını diqqətə çatdıraraq deyib: "Ümid edirəm ki, təşkilat tezliklə bu böhrandan çıxa biləcək".
Baxış sayı:58
Bu xəbər 13 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















