Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Yüngüllüyün də bir həddi olar, insanlarda əsəb yaradırsınız”

“Yüngüllüyün də bir həddi olar, insanlarda əsəb yaradırsınız”

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər cəmiyyətdə maarifləndirici, akademik və düşüncə tələb edən kontentlə əyləncəli, səthi kontent arasında ciddi uçurum yaranıb. Bu fərq təkcə sosial şəbəkələrdə deyil, ümumi zövqlərdə, müzakirə mövzularında və maraqlarda da hiss olunur. Sual budur: platforma sahibləri bilə-bilə bizi yüngül kontentlərlə əhatə edir ki, maariflənməyək yoxsa biz özümüz fərqinə varmadan başımıza bu oyunu açırıq?

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq, pedaqoq Mail Yaqub bildirib ki, bu, çətin sualdır:

"Yəni bunu bilərəkdən edirlər, yoxsa bilməyərəkdən? Amma hər bir halda nəticə eynidir. Fakt odur ki, Azərbaycanda televiziyalarda, xüsusilə də sosial şəbəkələrdə yüngül əyləncə məzmununun sayı çoxdur. 

İndi bunu bilərəkdən edirlərmi, bilmirik, həqiqətən. Amma fakt budur ki, vəziyyət belədir. Bəs bunun səbəbi nədir? Zahirən səbəb odur ki, sosial şəbəkə istifadəçiləri və televiziya kanalları elə güman edir ki, ciddi kontentin alıcısı yoxdur, heç kim baxmayacaq. Əgər belə düşünürlərsə, səhv edirlər.

Mən özüm Azərbaycanda intellektual, ciddi məzmun istehsal edən şəxslərdən biriyəm. 2020-ci ildən Sosiologiya Akademiyası onlayn fəaliyyət göstərir. Biz onu yaratmışıq və hər ay iki milyondan çox baxış var. Mənim çıxışlarım dörd əsas platformada və digər səhifələr də götürüb paylaşır. Orada da milyonlarla baxış toplanır.

Bu onu göstərir ki, Azərbaycan insanı ciddi məzmunlu kontent istəyir. Sadəcə olaraq, ona bu kontent təqdim edilmir və elə düşünürlər ki, bunun alıcısı yoxdur. Əzizim, yüngüllüyün də bir həddi olar. Siz bununla insanlarda əsəb yaradırsınız, ölkəyə qarşı ikrah formalaşdırırsınız bu hərəkətlərinizlə.

Təəssüflər olsun ki, bunun qarşısı alınmır. Və ya belə deyim, ciddi məzmun hazırlamağa meyil yoxdur, çünki istəyirlər reytinq olsun. Nə qədər şou, nə qədər yalan, nə qədər yüngüllük olsa, baxanın çox olacağını, reytinqin yüksək olacağını düşünürlər və buna uyğun olaraq reklamlardan gələn gəlirin də artacağını hesab edirlər.

Amma bu məsələnin bir tərəfi də yoxlanmalıdır. Axı insanların gözündə səhifələrə baxın bu cür aşağı səviyyəli, yüngüllüklərə nə qədər mənfi şərhlər yazılır. Bax, məsələ də məhz budur".

Şəxsi brendinq və kontent üzrə mütəxəssis Ceyhun Fərzəliyev isə bir qədər fərqli düşünür. O məsələyə ironik yanaşır: “Qapını ört, kondisioner əsəbləşir” biznes klubunun təşkilatçılığı ilə keçirilən III zirvə toplantısında iştirak etdim postuna 456 layk, 36 şərh gəlir. Şirkət idarəetməsində süni intellektdən istifadə yolları ilə bağlı paylaşıma isə 16 layk… “Youtube”da akademik kontentərin baxış sayı ilə “fast food” kontentləri arasında dağ boyda fərq var. Bu qırılma haradan başladı və biz bunu necə doğru yerə yapışdıraq? Mədədən fərqli olaraq beyin boş olanda xəbərdarlıq etmir. Beynimiz qüsurlu bir orqandır. Həqiqəti olduğu kimi deyil, olmasını istədiyi kimi görür. “Nə yeyirsənsə osan” dedilər, əksəriyyət diqqətə almadı. “Nəyə baxırsansa ona da bənzəməyə başlayırsan” ifadəsinə də bəhanə tapdıq”.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see650

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see443

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see439

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see405

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see389

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see384

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see346

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see285

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see271

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see267

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see249

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see244

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see230

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see226

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see226

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see225

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see222

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see217

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri