Icma.az
close
up
RU
Əsəb və gərginliyə necə qalib gəlmək olar?

Əsəb və gərginliyə necə qalib gəlmək olar?

Icma.az bildirir, News24 portalına istinadən.

Gərginlik həqiqətən də həyatın reallığıdırmı? Minlərlə gənclər üçün həlledici imtahanlar yaxınlaşır. Çoxları deyir ki, tələbələrə təzyiqlər azaldılmalıdır, ancaq insanlar gərginlikləri həm də həyatın faktı olaraq qəbul etməlidirlərmi - Matthew Syed araşdırır.

Tələbələrin bir çoxunun imtahandan kəsilməsi onların qabiliyyətsiz olmasından deyil, imtahan otağının ağırlığındandır - divarda tıqqıldayan saat, nəzarətçilərin var-gəl etməsi və gələcəyin məhz bu anlardan asılı olmasına dair sürreal düşüncə bu otağa hakim kəsilib.

Biz rəqabət aparan canlılarıq, amma bir-birimizi, istər imtahan olsun, istər işə qəbul müsahibələri, istərsə də romantik görüşlərdə qiymətləndirmək kimi bir qərar etmişik. Ona görə də, sinir narahtlığı keçirməyimiz qaçılmazdır. Gərginliyi yolumuzun üstündən çıxarmaq mümkün olmayan arzudur.

BBC-nin apardığı gərginliyin psixologiyasına dair yeni sınaq bəzi insanların niyə təzyiqə digərlərindən daha artıq həssas olduğunu araşdırır. Alimlər bəzi insanların öz emosiyalarına nəzarəti itirməsinin, digərlərinin isə soyuqqanlı olmağı bacarmasının səbəblərini bilmək istəyir.

Bu yay ağır psixoloji sınaqlarla üzləşənlər yalnız tələbələr deyil. Olimpiya atletləri də gələcəklərini müəyyənləşdirəcək məqamla qarşı-qarşıya olacaqlar. Və onların bir çoxu bu halla baş etməkdə çətinlik çəkəcək.

Mən Sydney Olimpiya oyunlarında Britaniyanın əsas stolüstü tennisçisi kimi çıxış edəndə karyeramın parlaq dövürünü yaşayırdım. Mən gur işıqlı rəqabət arenasına çıxdım, topu güclə vurdum. Bir sözlə, təntimişdim.

Hamımız bilirik, təntimək nədir. Final oyun və ya imtahanlarda donub qalırıq, görüşə gedəndə dilimiz bağlanır, mühüm işə qəbul müsahibələrində ən yaxşı bacardığımızı izah edə bilmirik.

Addımlarımız

Bəs niyə belə olur? Təntiməyin nevrologiya elmində izahı çox maraqlıdır, onu anlamaq üçün sadəcə küçədə yeriyəndə nə baş verdiyini göz önünə gətirmək lazımdır.

Heç birimiz küçədə gəzərkən, necə yeriməyimizin mexanikası haqda düşünmürük, sadəcə nahara nə yeyəcəyimizi və ya toplantıda nə deyəcəyimizi fikirləşirik.

Amma indi fərz edin ki, hər iki tərəfi 10 min metr dərinlikdə uçurum olan dar cığırla yeriyirik. Bu halda, ayağımızı necə qoymağı, cığıra yerləşən hər addımımız barədə ehtiyatla düşünürük.

Yerimək, onun haqqında düşündüyün zaman, kifayət qədər mürəkkəb hərəkətlər quruluşudur. Onlar haqda çox düşünsək, çaşarıq. Ona görə də, çoxlu insanların önündə yeriyərkən özümüzü qəribə hiss edirik.

Dilimiz dolaşanda da eyni şey baş verir. Düzgün sözləri istifadə etmək üçün o qədər həyəcan keçiririk ki, onları sadəcə demək əvəzinə, biz onları

deməyə çalışırıq. Bir sözlə, ciddi-cəhd edirik.

Beynimizin şüuraltı hissəsini istifadə etmək əvəzinə - əslində bu bizə məlum bacarığı (məsələn, danışmaq, yerimək və ya imtahanda mürəkkəb riyazi formulu yada salmaq) yerinə yetirməyin ən səmərəli yoludur - biz şüurlu hissəni işə salırıq. O zaman hər şey baş-ayaq gedir.

Başqa sözlə, təntiməyə qalib gəlmək üçün biz şüuraltı bacarığımıza etibar etməliyik. Amma üzləşəcəyimiz vəziyyət haqda nə qədər məlumatlı olsaq, bir o qədər də şuurlu davranırıq.

Necə həyanlanmamaq olar?

... Bir çox tələbələr əsəb xərclədikləri üçün gücdən düşdüklərindən şikayətlənirlər - bu halda, bir banan və bir şüşə su əqli fəaliyyət gücünü artıra bilər.

Digərləri isə imtahan otağında gəzişən nəzarətçilərin səs-küyündən şikayət edir - bu halda, qulaqcıqlar diqqəti cəmləməyə kömək edə bilər. Bir çox tələbələr imtahan vərəqəsinin tanış olmayan formatına və ya sualların tonuna görə məyus olur - bu halda keçmiş vərəqələrlə yaxından tanışlıq və ya imtahan götürənin hesabatları yardımçı ola bilər.

Bütün bunlar kiçik məsələlərdir, onları etmək asandır, amma tez-tez bunu unuduruq.

Bundan başqa, böyük məqam saydığımız məsələyə digər perspektivdən baxaq - özümüzə xatırlatmaq lazımdır ki, bu məqam heç də o qədər böyük deyil.

Hətta böyük imtahan belə, ailə və ya sağlamlığımızdan mühüm deyil. Hətta böyük iş müsahibəsinin belə, ulduzlara baxıb, ənginliyə nisbətdə nə qədər kiçik olduğunu düşünmək bizə kömək edə bilər.

Bir çox atletlər böyük oyunlara məhz bu cür yanaşır. Yadımdadır ki, bir müsahibədə rəqibim dodağının altında pıçıldayırdı: bu, sadəcə bir oyundur.

Görünür bu sözləri onu sakitləşdirmişdi. O mənə üç oyunda qalib gəldi.

Gərginlik həyatın ayrılmaz hissəsidir və bəzən bizi ilişdirə bilər.

Amma lazımi məqamlarda təhtəlşüur qabiliyyətimizə etibar etməyi yadda saxlasaq, onda həyəcana qalib gələ bilərik.

News24.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri