Icma.az
close
up
RU
Yunis Hüseynov: Gəncədə müasir standartlara cavab verən stadionun inşası məni qürurlandırır

Yunis Hüseynov: Gəncədə müasir standartlara cavab verən stadionun inşası məni qürurlandırır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana və idmançılara qayğısı danılmazdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kəpəz”in sabiq futbolçusu və baş məşqçisi Yunis Hüseynov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olmaları barədə danışarkən deyib.

Gəncəli futbol veteranı bildirib ki, doğma şəhərində müasir standartlara cavab verən arenanın inşası onu qürurlandırır: “Azərbaycan hər zaman beynəlxalq yarışlara layiqincə ev sahibliyi edib. İdmançılarımız həm Azərbaycanda, həm də ölkə xaricində uğurlu nəticələr qazanırlar. Ölkə rəhbərliyi də bunu hər zaman qiymətləndirir. Bunlar hər kəsə məlumdur. Olimpiya komplekslərinin, stadionların inşası və gənclərin istifadəsinə verilməsi çox vacib addımdır. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Buna görə dövlətimizin başçısına təşəkkür edirəm. Gəncə böyük futbolçular yetişdirib. Əvvəlki stadion 1963-cü ildə tikilmişdi. Arzu edirəm ki, “Kəpəz” komandası yeni arenada özünü yaxşı tərəfdən göstərsin və buradan istedadlı futbolçular çıxsın”.

Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, yarışın açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri