Icma.az
close
up
RU
Yunis Hüseynovun Novruz xatirələri: “Ağasəlim müəllim özü ilə şəkərbura götürmüşdü” MÜSAHİBƏ

Yunis Hüseynovun Novruz xatirələri: “Ağasəlim müəllim özü ilə şəkərbura götürmüşdü” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq futbolçusu, “Turan Tovuz”un məşqçisi Yunis Hüseynovun İdman.biz-ə müsahibəsi

- Novruzla aranız necədir?

- Çox yaxşı. Uşaqlıqdan həmişə Novruzu səbirsizlikə gözləmişəm. Ümumiyyətlə, yaz mənim sevimli fəslimdir. Ağaclar çiçəklənir, hər yer yaşıllıq olur, havalar isinir. Üstəlik, Novruz şirniyyatları bu bayrama başqa bir rəng qatır. Yazı gətirdiyi üçün Novruzu lap çox sevirəm.

- Bəs adət-ənənələri necə?
- Novruzla bağlı bir çox adətlər xoşuma gəlir. Yumurta döyüşdürmək, tonqalın üstündən tullanmaq, papaq atmaq hamısı maraqlıdır. Ən çox xoşuma gələn isə tonqal qalamaq, əsas da tonqala kartof atmaq idi. Közdə bişən kartofu hədsiz çox sevirəm. Onun ləzzəti bir başqa olur. Bir də yumurta döyüşdürməkdən çox xoşum gəlir. Biz Gəncədə şəhər bazarının yanında olurduq. Yadımdadır, Novruz ərəfəsində, ilaxır çərşənbədən etibarən bazarda yumurta döyüşdürürdük.

- Bazarda niyə?

- Bazarda qadın satıcılar dayanırdı. Çiy yumurtanı 10 qəpiyə alıb döyüşdürürdük. Həmin qadınlar sınan yumurtaları bizdən ucuz qiymətə alıb satırdılar. “Kletka” ilə yumurta alıb döyüşdürənlər vardı. Deməli, başdan başlayıb hərə birini götürüb döyüşdürürdü. Axırda kim uduzurdusa, “kletka”nın pulunu da o verirdi. Papaq atmaq da çox maraqlı idi. Uşaq olanda mənim “samakat”ım vardı. O vaxt “samakat” çox adamda olmazdı. Biz ancaq tanıdığımız adamların qapısına papaq atardıq. Uşaqlarla qonşulara papaq atandan sonra nisbətən uzaqda yaşayan qohumlara “samakat”la gedərdik. Papaq atmada “samakat”ımın böyük rolu vardı (gülür).

- Papaq atmağa cəmi iki nəfər gedirdiniz?

- O birilər də böyrümüzcə qaça-qaça gələrdi (gülür).

- Ərkoyün uşaq olmusuz?

- Ailədə altı uşaq idik, evin son beşiyiyəm. Buna görə məni bir qədər ərköyün böyüdüblər. Buna baxmayaraq, təbiətcə çox sakit uşaq olmuşam.

- Bəs Novruz şirniyyatlarından ən çox hansını sevirsiniz?

- Ən çox paxlavanı sevirəm, xüsusilə də Gəncə paxlavasını. Əslimiz Ordubadın Dəstə kəndindəndir. Ancaq mən Gəncədə doğulub-böyümüşəm. Yadımdadır, rəhmətlik anam çox yaxşı Gəncə paxlavası bişirərdi. Qonşular da həmin paxlavadan bişirtmək üçün növbəyə dayanardılar. Anamın çox qəşəng əl qabiliyyəti var idi. Gəncədə Novruz abu-havası tamam başqa cür olur.

- Axırıncı dəfə Gəncədə Novruzu nə vaxt qeyd etmisiz?

- Düzü, yadıma gəlmir. Çox güman, cavan vaxtlarımda olub.

- Bu bayramı harada qeyd edəcəksiz?

- Ailəmlə birgə Qaxda qeyd edəcəyəm.

- Çox güman, oyunlarla əlaqədar Novruzu evdən uzaqda keçirdiyiniz çox olub.

- Hə, demək olar ki, bayramların çoxunu evdən kənarda olmuşam. Xüsusilə də oynadığım dövrdə. Çox vaxt oyunlarda, təlim-məşq toplanışlarında olurduq.

- Yəqin ki, həmin günlərdən maraqlı xatirələriniz də var.

- Yadımdadır, bir dəfə hansısa ölkədə milli komanda ilə səfərdə idik. Hara olduğu indi dəqiq yadımda deyil. Ağasəlim müəllim (Mircavadovu nəzərdə tutur – red.) özü ilə şəkərbura, paxlava götürmüşdü. Bayramı səfərdə olduğumuz üçün əvvəlcədən hazırlıq görmüşdülər, Novruz günü süfrə açılmışdı. Sonra çıxıb çöldə balaca bir tonqal qalayıb üstündən tullanmışdıq.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see197

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see144

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see142

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see140

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see124

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see121

Samiraldo yenə gündəmdə Görünüşü və ifası izləyiciləri iki yerə böldü + VİDEO

13 Avqust 2025 17:35see120

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see120

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see119

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see119

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see118

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see118

Azərbaycanda abortların sayı açıqlandı Yeniyetmələr də var

13 Avqust 2025 19:08see117

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see117

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see117

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see116

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see115

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see115

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see115

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri