Yurgen Klopp Məhəmməd Salahın Liverpul dan gedişi barədə danışdı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ulduz hücumçu Məhəmməd Salahın cari mövsümün yekununda komandanı tərk etmək qərarına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, tanınmış almaniyalı mütəxəssis bu barədə fikirlərini "The Anfield Wrap" nəşrinə verdiyi müsahibəsində bölüşüb.
"O, uzun illər ərzində dünya futbolunda ən yaxşı üç hücumçudan və ən çox fərqlənən qoladorlardan biri olub. Bu fakt özlüyündə çox şeydən xəbər verir. Çox istərdim ki, Salah "Liverpul" forması ilə son dəfə meydana çıxanda hər kəsin üzündə böyük bir təbəssüm yaransın. Çünki azarkeşlər ən inanılmaz karyera quran bir futbolçunun çıxışını canlı izləmək şansı əldə ediblər", - deyə Y.Klopp vurğulayıb.
Xatırladaq ki, misirli hücumçu 2017-ci ildə məhz Yurgen Kloppun rəhbərliyi dönəmində "Liverpul"un heyətinə qatılmışdı. M.Salah martın 24-də ictimaiyyətə verdiyi açıqlamasında bu mövsümün bitməsi ilə bərabər İngiltərə klubundan ayrılacağını rəsmən elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 27 Mart 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















