Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Yuri Vernidub: Təzyiq hiss etmirəm

Yuri Vernidub: Təzyiq hiss etmirəm

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Neftçi" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda Minsk "Dinamo"sunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Siz təkcə yaşıl meydanda mübarizə aparmamısız. Rəqibin təmsil etdiyi ölkə sizə fərqli motivasiya verir?

- Elə bir fərq yoxdur. Bu sualla yanaşı, kapitana verdiyiniz suala şərh vermək istəyirəm. Arzum var ki, "Neftçi" 90 illiyində ölkə çempionu olsun, klub buna layiqdir. "Neftçi" böyük tarixi olan klubdur. Biz bunu xüsusi olaraq arzulayırıq. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə düşməkdir. Özüm heç vaxt bu mərhələdə olmamışam. Yaxşı təcrübə olardı. Zaman göstərəcək hər şeyi. Biz bunun üçün kifayət qədər hazırlaşmışıq. "Dinamo" öz ölkəsinin çempionudur. Orada bu dəqiqə çempionatın qızğın vaxtıdır. Bu, onlara tempdə olmaq baxımından üstünlük verir. Rəqibi keçməyə çalışacağıq ki, digər rəqiblər barədə düşünək.

- Hazırkı heyətiniz çempionluq uğrunda mübarizə aparmağa yetəcək?

- Komandanın özəyi var. Oyunlara davam edə bilərik. Amma transfer işlərimiz davam edir. Sadəcə hər şey o qədər də asan olmur. Əlbəttə ki, 100 faiz əlavələrimiz olacaq. Hazırda 3 qapıçı, 20 oyunçumuz var, oyunlarımızı onlarla davam edəcəyik. Mən də, klub rəhbərliyi başa düşür ki, güclənməyə ehtiyacımız var. Bunun üçün transferlərə ehtiyac var. Vaxt qalıb bir az. Bu yöndə işlər gedir. Bilirik ki, yeni oyunçuların gəlməsi qarşıya qoyulan hədəflərə çatmağa kömək olacaq.

- Növbəti mərhələdə potensial rəqibin "Braqa" olması rəhbərliyin transferləri davam etdirməsinə mane ola bilər? 

- Bu suala cavab vermək çətindir. Çünki rəhbərliyə aid olan məsələdir. Komandanın özəyi var. Bizdə elə mövqelər var ki, oranı gücləndirməliyik. Bizim rəhbərliklə, prezidentlə, daha yüksək rəhbərliklə daimi əlaqələrimiz var. Bunlarla birlikdə çalışırıq. Transfer məsələsi o qədər də asan deyil. Elə oyunçular gəlməlidri ki, komandamızı gücləndirsin. Yalnız bu cür oyunçuların gəlişinə razılıq veririk.

- "Neftçi" - "Dinamo" matçı ərəfəsində üstün komanda hansıdır?

- Çox çətin sualdır. Birbaşa cavab verə bilmərəm. Hər komanda yaxşı olduğunu düşünür. Oyun bitsin, nəticələrə əsasən deyə bilərik ki, hansı komanda daha yaxşıdır.

- Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?

- Hansı komandanın özünü ən yaxşı tərəfdən göstərməsindən asılı olacaq...Çox istəyərdim ki, bu, mənim komandam olsun. "Dinamo"nun baş məşqçisi isə onun komandasının olmasını istəyir. Maksimumu edəcəyik ki, sizləri sevindirək.

- "Dinamo" "Sileks"lə ilk görüşdə uduzmuşdu. Amma Şimali Makedoniyada qalib gələrək, mərhələni adladı. Bu sizin üçün gözlənilməz oldu? Planlarınıza təsir etdi?

- Çətin oyun idi. "Sileks" tam bağlanmışdı, "Dinamo" zərbə endirə bilmədi. İkinci oyunda isə "Dinamo"nun daha çox bəxti gətirdi. Hardasa hər iki görüş çətin alındı.

- Sabah "Neftçi"nin ifasında ötən mövsüm ərzindəki oyununun davamını görəcəyik? Çünki Varqas yoxdur, adətən yalançı "9 nömrə" mövqeyində oynayırdı...

- Sabahı gözləyək(gülür). Hər şeyi görəcəksiz.

- Hansı mövqelərə oyunçu gətirəcəksiz?

- Bu məsələ məndə qalsın. Gətirəndə, görəcəksiz. Sabahkı oyunöncəsi kartlarımı niyə açım?(gülür). Biz öz rəqibimizə hörmət edirik, amma onlardan qorxmuruq. Yeni oyunçuları gətirmək istəyirik. Əlimizdən gələni edirik.

- "Neftçi" azarkeşlərində sizin gəlişinizdən sonra böyük ümid yarandı. Konfrans Liqasının püşkatmasında potensial rəqibin "Braqa" çıxmasından sonra "Şerif"də olduğunuz müddətdə "Braqa"ya qalib gədliyiniz oyunu da paylaşmışdılar. Bütün bunlar sizdə təzyiq yaratmırki? Çünki sizə çox güvənirlər..

- Təzyiq hiss etmirəm. Çünki kifayət qədər təcrübəm var. Səmimi desəm, ailə daxilində bunu hiss edərəm. Amma oyunda, işdə bunu heç vaxt göstərmərəm. Bu, çox normaldır. Azarkeşər niyə tələb edir? Hər zaman səndən yaxşı nəticə gözləyirlərsə, təzyiq olacaq üzərində. Bu təzyiqi həmişə görmüşəm, olub, olacaq. Biz nə etməliyik? Buna hazır olmalıyıq. Mən də hazır olmalıyam, futbolçular da. Onlar olandan sonra təzyiqin ciddi təsiri olmayacaq. Hər şey yaxşı olanda, hamı səni sevir. Yaxşı olmayanda hamı sənə nifrət edir. Məhəbbətdən nifrətə bir addım yol var. Düşünürəm ki, təkcə mənim həyatımda belə deyil. Sadəcə hazır olmaq və irəli getmək lazımdır.

Mirbağırağa 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 İyul 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri