“Yutub” bu videolara pul verməyəcək
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Yutub” aşağı keyfiyyətli və kütləvi şəkildə hazırlanan süni intellekt (AI) videolarına qarşı mübarizəni gücləndirib.
Platforma “YouTube Partner Program” çərçivəsində monetizasiya siyasətinə dəyişiklik edərək “qeyri-orijinal məzmun” anlayışını konkretləşdirib.
Yeni qaydalara əsasən, şablon əsasında hazırlanan, bir-birini təkrarlayan, kütləvi şəkildə emal olunan videolar reklam gəliri əldə edə bilməyəcək.
Eyni zamanda, emosional manipulyasiya məqsədi daşıyan videolar və süni intellekt vasitəsilə yaradılmış virtual personajların sağlamlıq, maliyyə və hüquq kimi həssas mövzularda təqdim etdiyi məzmunlar da qazanc məhdudiyyəti ilə üzləşəcək.
Bununla belə, şirkət vurğulayıb ki, süni intellektdən istifadə edən bütün videolar kommersiya dəyərini itirməyəcək.
Orijinal ssenariyə, yaradıcı montaja və müəllif əlavələrinə malik AI dəstəkli videolar əvvəlki kimi gəlir əldə edə biləcək.
Şirkətin məqsədi platformada keyfiyyətli və yaradıcı məzmunu təşviq etmək, son dövrlərdə sürətlə artan “AI slop” adlandırılan aşağı səviyyəli süni intellekt videolarının yayılmasının qarşısını almaqdır.(qafqazinfo.az)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:135
Bu xəbər 07 Avqust 2026 00:28 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları