Icma.az
close
up
RU
“Yuventus” “ÇL zonası”na qayıda bilmədi

“Yuventus” “ÇL zonası”na qayıda bilmədi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

A seriyasının 33-cü turunda nəzərdə tutulan on oyundan dördü baş tutmamışdı. Roma Papası Fransiskin vəfatına görə bazar ertəsinə təyin olunan matçlar çərşənbə günü keçirildi.

Tura Çempionlar Liqasına (ÇL) sonuncu vəsiqəni verən 4-cü yerdə başlayan “Yuventus” Parmada hesabına xal yaza bilmədi. Fasilə ərəfəsində buraxılan qola heç cür cavab verə bilməyən qonaq komanda baş məşqçi vəzifəsinə martda təyinat alan İqor Tudorun rəhbərliyi altında keçirdiyi 4-cü oyunda ilk dəfə uduzdu. Məğlubiyyət “Yuventus”un “ÇL zonası”na qayıtmasını mümkünsüz etdi.
Xatırladaq ki, aprelin 20-də “İnter”i məğlub edən (1:0) “Bolonya” 4-cü yerə çıxmışdı.
İndi “Yuventus” Genuyada qalib gələn “Latsio” ilə eyni xala malik olmaqla 5-6-cı yerləri bölüşür. Kalyaridə maksimum nəticə göstərən “Fiorentina” da “ÇL zonası” uğrunda mübarizəni davam etdirir.
33-cü turdan təxirə salınan oyunlar
Parma – Yuventus 1:0

Pelleqrino, 45+1. (21587)
Yuventus: Di Qreqorio, Kelli (Koşta, 86), Kalulu, Veyqa, Kambyaso, Lokatelli (Duqlas Luis, 86), K.Türam, Makkenni (Yıldız, 57), Qonsales (Vea, 86), Kolo Muani, Vlahoviç (Konseysao, 46).
Cenoa – Latsio 0:2
Kastelyanos, 32. Dia, 65. (32038)
Latsio: Mandas, Luka Pelleqrini, Romanyoli, Xila, Latsari (Pedro, 45), Maruşiç, Rovella (Vesino, 69), Genduzi, Zakkanyi (Noslin, 89), Dia (Belayan, 69), Kastelyanos (Hüsay, 89).
Kalyari – Fiorentina 1:2
Pikkoli, 7 - Qosens, 36. Beltran, 48. (15917)
Fiorentina: De Xea, Qosens (Parizi, 62), Ranyeri (Komutso, 81), Mari, Ponqraçiç, Dodo, Kataldi, Mandraqora (Folorunşo, 81), Facoli (Riçardson, 63), Qudmundsson, Beltran (Zanyolo, 86).
Torino – Udineze 2:0
Adams, 39. Dembele, 85. (20000)
1-2. İnter, Napoli – 71… 5-6. Yuventus, Latsio – 59, 7. Roma – 57, 8. Fiorentina – 56… 10. Torino – 43, 11. Udineze – 40, 12-13. Komo, Cenoa – 39… 15. Parma – 31, 16. Kalyari – 30…
Bombardir: Retegi (Atalanta) - 23.
Oyundan sonra
İqor Tudor, “Yuventus”un baş məşqçisi:

“Parma” sadə oyun sərgiləsə də, döyüşkən ruha malik komandadı. Bu oyunda azı bir qol vurmağa layiq idik, təəssüf ki, hücumda lazımi qədər qətiyyətli oynaya bilmədik. Rəqibin də hücumda qol şansının çox olduğunu deyə bilmərəm, amma nəticə budu ki, biz məğlub olmuşuq və bunu qəbul etməliyik. İnkişaf etməli, qələbə istəyimizi artırmalı, lazımi məqamlarda qəddarlaşmalı və mübarizə aparmalıyıq. Futbolçulara məhz bunları demişəm. Qələbə nə taktika, nə də sistemlə qazanılır. Sən bu vasitələrin köməyi ilə qalib gələ bilərsən, ancaq qələbənin əsas səbəbləri başqa amillərlə bağlıdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri