Yuventus tarixində ilk dəfə Seriya A da italyan oyunçularsız oynadı
Icma.az bildirir, Lent az portalına istinadən.
Komanda müdafiədə, yarımmüdafiədə və hücumda italyan oyunçular olmadan meydana çıxıb və qapıçı Qulelmo Vikario on bir nəfər arasında yeganə italyan təmsilçisi olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sentyabrın 13-də "Yuventus" İtaliya A Seriyasının dördüncü turunda "Sassuolo" ilə səfər oyununda 2-3 hesabı ilə məğlub olub.
Qeyd olunur ki, Luçano Spallettinin komandası bu milli çempionat oyununda meydana heç bir italyan oyunç Qulelmo Vikario olub.
Məlumata görə, bu, Turin klubunun tarixində ilk dəfədir ki, "byankoneri" yerli oyunçusuz Seriya A oyununa çıxır.
"Yuventus"un start heyəti aşağıdakı kimi olub: Vikario (İtaliya), Kalulu (Fransa), Bremer (Braziliya), Lukumi (Kolumbiya), Çelik (Türkiyə), Duqlas Luis (Braziliya), Kopmeyners (Hollandiya), Konseysao (Portuqaliya), Qonsales (Argentina), Alaybeqoviç (Bosniya və Herseqovina) və Kolo Muani (Fransa).
Həmçinin qeyd etmək lazımdır ki, "Yuventus" oyunu heç bir italyan əvəzedicisi olmadan keçirib. Turin komandasının bu oyundakı əvəzedici heyətində Kelli (İngiltərə), Sarr (Seneqal), Voltemade (Almaniya), Jeqrova (Kosovo) və Oboavodvo (İngiltərə) yer alıb.
Xatırladaq ki, dörd oyundan sonra "Yuventus"un aktivində yeddi xalı var və A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Sentyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















