Icma.az
close
up
RU
Buffonun oğlu Lui “Yuventus”a qarşı oynadı

Buffonun oğlu Lui “Yuventus”a qarşı oynadı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

A seriyasında keçirilən 17-ci turla 2025-ci ildə nəzərdə tutulan oyunlar sona çatdı.

"Football-plus.az" xəbər verir ki, qeydə alınan nəticələr liderlər qrupunda vəziyyəti dəyişmədi. Ona görə ki, tura cədvəlin ilk üç pilləsində başlayan bütün komandalar qələbə qazandılar. Nəticədə lider “İnter” ilə “Milan” arasındakı bir xallıq fərq qorundu.
Turun ən çox maraqla gözlənilən oyunu Berqamoda keçirildi. Yerli “Atalanta” bu mövsüm çox sayda xal itirsə də, “İnter”in səfər oyunundakı işinin asan olmayacağı aydın məsələ idi. Milanlılar ilk dəqiqələrdən üstünlüyü ələ alaraq rəqib qapısına həmlələr etdilər. Lakin ya qonaq futbolçuların zərbələri dəqiq alınmadı, ya da qapıçı Karnesekki Markus Türam ilə Lautaro Martinesin sevinməsinə imkan vermədi. Türam qol vursa da, Lautaronun ofsaydda olması komandaların fasiləyə qolsuz “sülh” şəraitində yollanmasını qaçılmaz etdi. Fasilədən sonra De Ketelare ilə Skamakkanın qolları da ofsayda görə hesaba alınmadı. “İnter” hər necə olsa 65-ci dəqiqədə Lautaro ilə hesabı açdı. Argentinalı hücumçu çempionatda ardıcıl üçüncü oyunda qapıya yol tapmaqla bu mövsüm qollarının sayını 9-a çatdırdı. Martinesin komandası isə ardıcıl üçüncü qələbə ilə 2015-ci ili lider kimi başa vurdu.
Milanlıların əsas izləyicisi olan həmşəhərliləri də qalib gəldilər. “Milan” evdə “Verona”nı 3:0 hesabıyla məğlub etdi. Fasiləyə az qalmış hesabı açan Pulişiç bu mövsüm çempionatda 8-ci qolunu vurdu. İkinci hissədə isə səhnəyə Nkunku çıxdı. Əvvəlcə penalti ilə qırmızı-qara formada A seriyasında ilk qolunun sevincini yaşayan fransalı hücumçu az sonra dubl etdi. Qeyd edək ki, Nkunku bu yay “Çelsi”dən icarəyə götürülüb. Onun hazırkı komandası çempionatdakı məğlubiyyətsiz seriyasını 15 oyuna (10 qələbə, 5 heç-heçə) çatdırdı. Xatırladaq ki, “Milan” bu mövsüm yeganə məğlubiyyətini ilk turun ev oyununda “Kremoneze”dən (1:2) alıb.
“Napoli” də ili qələbə ilə başa vurdu. İtaliyanın son çempionu Kremonadakı matçın nəticəsini böyük ölçüdə ilk hissədə həll etdi. Höylunnun vurduğu iki qol cənubluların inamlı qələbəsini təmin etdi. Bir neçə gün əvvəl İtaliya Superkubokunun qalibi olan Antonio Kontenin komandası yenə liderdən iki xal geri qalmaqla 3-cü yeri tutur.
Deyəsən, “Yuventus” artıq sabit oyunla bağlı problemini həll edib. Ölkə nəhəngi ilə “Piza” arasındakı oyunda uzun müddət qapılar toxunulmaz qaldı. Halbuki hər iki tərəfin hesabı açmaq üçün kifayət qədər imkanı oldu. Nəhayət, 73-cü dəqiqədə Kalulu qonaqları önə keçirdi. Finiş ərəfəsində Yıldız ikinci qolu vurdu və “Yuventus” liderlər qrupu ilə aradakı xal fərqini qorudu. Luçano Spallettinin komandası çempionatda ardıcıl 3-cü qələbəsini qazandı. Pizadakı matçda diqqəti cəlb edən hadisə də baş verdi. 84-cü dəqiqədə ev sahiblərinin heyətində Buffon soyadlı futbolçu meydana çıxdı. “Qoca sinyora”nın əfsanəvi qapıçısı Canluici Buffonun 17 yaşlı oğlu Lui A seriyasında 4-cü oyununun həyəcanını bir neçə dəqiqə yaşadı. Onun tribunada olan anası Alena Şeredova ilə atasının həyəcanı məlum səbəbdən daha yüksək həddə idi...
Əvvəlki turda evdə “Yuventus”a minimal hesabla uduzan “Bolonya” sıx oyun qrafikindən əziyyət çəkir. İtaliya Superkubokunun finalında “Napoli”dən iki cavabsız top buraxan Vinçentso İtalyanonun komandası bu dəfə öz meydanında “Sassuolo” ilə heç-heçəyə razılaşdı. Ardıcıl xal itkiləri bolonyayılara “avrokuboklar zonası”nı tərk etmək bahasına başa gəldi. 6-cı yerə “Komo”nun çıxdığını da bildirək.
“Latsio” da turu xal itkisi ilə başa vurdu. Paytaxt təmsilçisi səfərdə “Udineze”yə qalib gəlməyə çox yaxın olsa da, son saniyələrdə buraxılan mübahisəli qolla qələbəni əldən verdi. Mauritsio Sarrinin komandası 24 xalla 8-ci yeri tutur.
“Fiorentina” əvvəlki turda bu mövsüm qələbəsiz seriyaya son qoymuşdu. Lakin Paolo Vanolinin komandası növbəti oyunu xalsız başa vurdu. Parmada minimal hesabla uduzan florersiyalılar turnir cədvəlinin sonuncu pilləsində qaldılar.
17-ci tur
Parma – Fiorentina 1:0

Sorensen, 48. (22885)
Fiorentina: De Xea, Ponqraçiç, Komutso (Kuadio, 86), Viti (Fortini, 46), Parizi (Qosens, 76), Ndur (Zom, 76), Mandraqora (Pikkoli, 63), Dodo, Facoli, Qudmundsson, Ken.
Udineze – Latsio 1:1
Devis, 90+5 – Vesino, 80. (24460)
Latsio: Provedel, Luka Pelleqrini (Latsari, 88), Romanyoli, Xila (Provstqor, 88), Maruşiç, Kataldi, Vesino, Belayan, Zakkanyi, Kançelyeri (İsaksen, 81), Noslin (Kastelyanos, 74).
Piza – Yuventus 0:2
Kalulu, 73. Yıldız, 90+2. (12640)
Yuventus: Di Qreqorio, Kelli, Bremer, Kalulu, Kambyazo (Kostiç, 86), Lokatelli (Jeqrova, 60), K.Türam, Makkenni, Koopmeyners (Miretti, 86), Yıldız (Joao Mario, 90+4), Openda (Devid, 60).
Milan – Verona 3:0
Pulişiç, 45+1. Nkunku, 48-p.; 53. (74618)
Milan: Menyan, Tomori (Odoqu, 86), De Vinter, Pavloviç, Bertezaqi, Modriç (Yaşari, 70), Rabyo, Salemakers (Atekame, 76), Loftus-Çik (Fofana, 71), Pulişiç (Riççi, 76), Nkunku.
Kremoneze – Napoli 0:2
Höylunn, 13; 45. (14286)
Napoli: Milinkoviç-Saviç, Spinatsola (Qutyerres, 46), Juan Jezus, Rrahmani, Di Lorentso, Lobotka, Elmas (Lanq, 51), Politano, Maktominey, 73), Neres (Buoncorno, 73), Höylunn (Lukka, 83).
Bolonya – Sassuolo 1:1
Fabbian, 86 – Muharemoviç, 63. (27832)
Bolonya: Ravalya, Miranda, Vitik, Lukumi, Zortea (Holm, 88), Pobeqa, Moro, Fabbian (Dominges, 70), Orsolini (Kastro, 70), Rou (Odqor, 84), Dallinqa (İmmobile, 70).
Atalanta – İnter 0:1
L.Martines, 65. (23243)
Atalanta: Karnesekki, Kolaşinats (Samarciç, 75), Hin, Cimşiti, Zappakosta (Musa, 76), De Roon, Ederson, Zalevski (Bernaskoni, 65), De Ketelare, Paşaliç (Sulemana, 58), Skamakka.
İnter: Zommer, Bastoni, Akanci, Bissek, Zyelinski (Frattezi, 84), Dimarko (Auqusto, 76), Barella (Mxitaryan, 76), Çalhanoğlu, Luis Enrike, L.Martines (Diuf, 83), M.Türam (Espozito, 64).
Leççe – Komo 0:3
Pas, 20. Ramon, 66. Duvikas, 75. (28277)
Torino – Kalyari 1:2
Vlaşiç, 28 – Prati,45. Kılıçsoy, 66. (27958)
Roma – Cenoa 3:1
Sule, 14. Kone, 19. Ferqyuson, 31 – Ehator, 87.
1. İnter 16 12 0 4 35-14 36
2. Milan 16 10 5 1 27-13 35
3. Napoli 16 11 1 4 24-13 34
4. Roma 17 11 0 6 20-11 33
5. Yuventus 17 9 5 3 23-15 32
6. Komo 16 7 6 3 22-12 27
7. Bolonya 16 7 5 4 24-14 26
8. Latsio 17 6 6 5 18-12 24
9. Sassuolo 17 6 4 7 22-21 22
10. Atalanta 17 5 7 5 20-19 22
11. Udineze 17 6 4 7 18-28 22
12. Kremoneze 17 5 6 6 18-20 21
13. Torino 17 5 5 7 17-28 20
14. Kalyari 17 4 6 7 19-24 18
15. Parma 16 4 5 7 11-18 17
16. Leççe 16 4 4 8 11-22 16
17. Cenoa 17 3 5 9 17-27 14
18. Verona 16 2 6 8 13-25 12
19. Piza 17 1 8 8 12-24 11
20. Fiorentina 17 1 6 10 17-28 9
Bombardirlər: L.Martines (İnter) - 9, Pulişiç (Milan) - 8, Höylunn (Napoli), Pas (Komo), Orsolini (Bolonya), Çalhanoğlu (İnter), Yıldız (Yuventus) - 6.
Turun rəqəmi
15 - 2025-ci ildə A seriyasında bir oyunçunun vurduğu ən yüksək qol göstəricisi bu rəqəmə bərabər oldu. İl ərzində bu qədər qolu iki futbolçu – Lautaro Martines (İnter) ilə Rikkardo Orsolini (Bolonya) vurdu.
Turun ulduzu
Rasmus Höylunn (Napoli) - o, “Kremoneze” ilə oyunda məhsuldar fəaliyyəti ilə komandasının ən yaxşı oyunçusu oldu. İlk hissədə iki qolvurmaqla “Napoli”nin inamlı qələbəsində böyük rol oynadı. Rasmus bu mövsüm mavi formada bütün turnirlərdə 9 dəfə qapıya yol tapıb. Danimarkalı hücumçu İtaliya klubunda icarə əsasında çıxış edir. Maraq üçün qeyd edək ki, onun məxsus olduğu “Mançester Yunayted”də cari mövsümdə ən çox qol vuran Brian Mbemonun göstəricisi 7-yə bərabərdi.
Turun sitatı
Massimiliano Alleqri, “Milan”ın baş məşqçisi:

“Hazırkı vəziyyətə görə skudettonu qazanmaq üçün təxminən 82-84 xal toplamaq tələb olunur, bəlkə də 86 xal yığmaq lazım gələcək. Biz dəqiq hədəf – Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizəmizi sakitcə davam etdirməliyik”.


Yeri gəlmişkən...
“Latsio” hakimlərin qərarlarına rəsmən etiraz edib. Paytaxt klubu A seriyasının “Udineze” ilə 1:1 hesabıyla başa çatan oyunundan sonra mətbuat konfransını boykot edib. Tanınmış jurnalist Canluka Di Martsionun məlumatına görə, “Latsio” bu addımı hakimlərin qərarlarına etiraz əlaməti olaraq atıb. Az sonra klub sosial şəbəkə hesablarında mövsüm ərzində baş vermiş bir sıra mübahisəli epizodları əks etdirən video paylaşaraq sərt bəyanat yayıb. Bəyanatda belə deyilir:

“Biz əleyhimizə verilən, təkrarlanan və başa düşülməsi çətin olan hakim səhvlərini təəssüf hissi ilə qeydə almağa davam edirik. “Latsio” hakimlikdə hörmət və qərarlarda vahidlik tələb edir. Bu epizodlar komandanın işinə və yarışın ədalətinə təsir edir, kluba və azarkeşlərə ciddi ziyan vurur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri