Yuventus un hücumçusu bir neçə klubun diqqət mərkəzinə düşüb
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın "Yuventus" klubunun hücumçusu Duşan Vlahoviç bir neçə klubun diqqət mərkəzinə düşüb.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu "Barselona", "Atletiko" (hər ikisi İspaniya) "Bavariya" (Almaniya), "Mançester Yunayted" və "Tottenhem"in (hər ikisi İngiltərə) maraq dairəsindədir.
25 yaşlı serbiyalının A Seriyası təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Bu səbəbdən yanvardan etibarən o, sərbəst şəkildə digər klublarla danışıqlar aparmaq hüququna malik olacaq.
Qeyd edək ki, cari mövsümdə hücumçu bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:76
Bu xəbər 15 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















