Yuventus vingerinin transfer hüquqlarını tam şəkildə əldə etdi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Yuventus" cinah hücumçusu Jeremi Boqanın transfer hüquqlarını tamamilə əldə edib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı Kot-d’İvuar millisinin üzvü üçün satınalma bəndini aktivləşdirib. Müqaviləyə əsasən, "Nitsa" klubuna iki il ərzində 4,8 milyon avro ödəniləcək. Bundan əlavə, əməliyyatla bağlı əlavə xərclərin 0,8 milyon avroya qədər çata biləcəyi bildirilir.
Boqa ilə yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Futbolçu ötən qış transfer pəncərəsində icarə əsasında “Yuventus”a qoşulmuşdu. O, ötən mövsüm Seriya A-da 15 oyunda iştirak edərək 4 qol vurub və klub rəhbərliyini razı saldığı üçün onun transferi birdəfəlik rəsmiləşdirilib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:“Yuventus” onun transfer hüquqlarını aldı
07 İyun 2025 11:49
Yuventus 26 yaşlı hücumçunu məcburi şəkildə transfer edir
13 Aprel 2026 22:11
“Aston Villa” Duqlas Luisin transfer hüquqlarını “Yuventus”dan almayacaq
30 May 2026 03:07
Yuventus kanadalı hücumçu transfer etdi
04 İyul 2025 16:02
“Yuventus”dan transfer həmləsi
14 Yanvar 2025 13:27
Baxış sayı:117
Bu xəbər 15 İyun 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















