Yuxarı Lars yolu BAĞLANDI Ermənilərin 500ə yaxın yük maşını Rusiyaya keçə BİLMİR
Icma.az bildirir, Bizim media portalına istinadən.
Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində 500-ə yaxın erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatlarında qeyd olunub.
Hazırda növbədə 481 erməni ağır tonnajlı yük maşını var. Ümumilikdə, son məlumatlara görə, növbədə müxtəlif ölkələrdən 1296 yük avtomobili qeydə alınıb.
Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində Larsdan keçən yol qar yağması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Xatırladaq ki, sözügedən yol Ermənistanı Rusiya ilə (Gürcüstandan keçməklə) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.
Bizim.Media
Baxış sayı:123
Bu xəbər 14 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















