Icma.az
close
up
RU
Yuxu çatışmazlığı Altsheymer riskini artıra bilər

Yuxu çatışmazlığı Altsheymer riskini artıra bilər

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yuxunun kifayət qədər olmaması Altsheymer xəstəliyinin inkişaf riskini yüksəldə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya həkim-terapevt Yana Koçetkova məlumat verib.

Həkimin sözlərinə görə, yuxunun əsas funksiyalarından biri beynin maddələr mübadiləsi nəticəsində yaranan zərərli məhsullardan təmizlənməsidir. Gün ərzində yüksək aktivlik göstərən beyin bu maddələri gecə saatlarında xaric etməlidir. Lakin insan kifayət qədər yatmadıqda, xüsusilə amiloid adlı zülalın beyində yığılması baş verir ki, bu da Altsheymer kimi ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.

Mütəxəssis bildirib ki, yuxu çatışmazlığı immun sisteminin fəaliyyətinə də mənfi təsir göstərir. Belə ki, orqanizmin infeksiyalar, viruslar və şiş hüceyrələri ilə mübarizə aparan aktiv hüceyrələrinin sayı və fəaliyyəti azalır. Bundan əlavə, yuxusuzluq kortizol hormonunun ifrazını artırır. Bu hormonun yüksəlməsi immun sisteminin daha da zəifləməsinə və infeksiyalarla mübarizənin çətinləşməsinə gətirib çıxarır.

Həkim əlavə edib ki, müasir dövrdə süni işıqlandırmanın çoxluğu melatonin hormonunun ifrazını pozur. Nəticədə orqanizmdə bioloji ritmlər pozulur, insan daha tez yorulur və stressə meyilli olur. Daha əvvəl asanlıqla yerinə yetirilən fiziki və zehni yüklər ağır hiss edilməyə başlayır.

Koçetkova sağlam yuxu üçün bir sıra tövsiyələr də verib. Onun sözlərinə görə, müntəzəm fiziki aktivlik, düzgün qidalanma rejimi və xüsusilə gecə saatlarında həddindən artıq yeməkdən çəkinmək vacibdir. Həmçinin, yatmazdan 30–60 dəqiqə əvvəl otaqdakı işığın zəiflədilməsi, kənar səslərin aradan qaldırılması və mobil telefon kimi elektron cihazlardan istifadə edilməməsi yuxuya getmə prosesini asanlaşdırır və yuxunun keyfiyyətini artırır.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri