Yuxu çatışmazlığı erkən ölüm riskini artırır XƏBƏRDARLIQ
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Uzunmüddətli yuxu çatışmazlığı erkən ölüm riskini artıran ən az qiymətləndirilən amillərdən biri hesab olunur.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, davamlı olaraq az yatmaq müxtəlif səbəblərdən ölüm ehtimalını orta hesabla 12% yüksəldə bilər.
Bildirilir ki, hətta bir dəfəlik yuxu azlığı belə beyin fəaliyyətinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Xroniki yuxusuzluq isə əsəbilik, apatiya, tükənmişlik sindromu və depressiya kimi problemlərə yol açır. Depressiv vəziyyət isə öz növbəsində yuxu keyfiyyətini daha da pisləşdirərək qapalı bir dövr yaradır.
Eyni zamanda, uzun müddət kifayət qədər istirahət etməmək ürək-damar xəstəlikləri riskini də artırır. Orqanizm tam bərpa olunmadığı üçün hətta adi fiziki fəaliyyət zamanı belə daha çox enerji sərf olunur, bu da adrenalin ifrazının artmasına, nəbzin sürətlənməsinə və təzyiqin yüksəlməsinə səbəb olur.
Mütəxəssislər qeyd edir ki, enerjiyə qənaət etmək üçün fiziki aktivliyin azaldılması çəki artımına gətirib çıxarır və bu da ürək və damarlarla bağlı ciddi xəstəliklərin yaranma riskini daha da artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Aprel 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















