Yuxu üçün ideal otaq temperaturu neçədir?
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır.
Onun sözlərinə görə, bu göstərici əksər insanların seçdiyi temperaturdan daha aşağıdır.
Çen qeyd edib ki, yuxu zamanı bədən temperaturu minimum səviyyəyə düşür və bu, insanın bioloji ritmi ilə əlaqəlidir. Güclü isti havada isə beyin dərin yuxu mərhələlərinə çatmaqda çətinlik çəkir.
Brayan Çen yaxşı yuxu üçün otağın temperaturunu uyğun saxlamaqla yanaşı, yüngül yataq dəstindən istifadə etməyi, kofeinli və şəkərli içkilərdən uzaq durmağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 29 İyun 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















