Icma.az
close
up
RU
Yüz minlərlə evin gecikən “kupça”sı tək çıxış YOLU

Yüz minlərlə evin gecikən “kupça”sı tək çıxış YOLU

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,75 faiz azdır. Üç ay ərzində rəsmiləşdirilən hüquqların 14 256-sı (17,8 faiz) ilkin, 65 665-i (82,2 faiz) isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evləri üzrə 17 029, mənzillər üzrə 19 063, torpaq sahələri üzrə 40 894, qeyri-yaşayış binaları üzrə 753, qeyri-yaşayış sahələri üzrə 2 029, əmlak kompleksləri üzrə 125, çoxmərtəbəli yaşayış binaları üzrə isə 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni qeydiyyata alınan hüquqların 20 540-ı Bakının, qalan hissəsi isə regionların payına düşür.

Rəqəmlər ilk baxışdan aktivliyi göstərsə də, ölkədə – xüsusilə paytaxtda – sənədsiz ev probleminin miqyası hələ də ciddi olaraq qalır. Bir neçə il əvvəl inşa edilən minlərlə fərdi evə bəzi hallarda kommunal xətlər çəkilib, müxtəlif qurumlar tərəfindən qeyri-rəsmi şəkildə tanınma baş verib. Buna baxmayaraq, həmin evlərin sahibləri bu gün də mülkiyyət hüququnu təsdiq edən əsas sənədi – “kupça”nı ala bilmirlər.

Son illər rəsmi səviyyədə bu tikililərin çıxarışla təmin ediləcəyi barədə açıqlamalar verilsə də, proses hələ də sistemli şəkildə həyata keçirilmir. Əksinə, son statistik göstəricilər bu istiqamətdə dinamikanın zəiflədiyini göstərir.

Belə vəziyyətdə əsas sual dəyişməz qalır: niyə vətəndaşlar faktiki sahib olduqları daşınmaz əmlaka hüquqi sənəd ala bilmirlər?

Tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmayan bina və ya tikili hüquqi baxımdan “mövcud deyil” kimi qəbul olunur:

“Yəni faktiki olaraq mövcud olsa da, sənədlərdə sanki yoxdur. Bunu biz hətta yeni tikilən binalarda da görürük: vətəndaşlar illərlə çıxarış ala bilmirlər, çünki bina istismara qəbul edilməli, müvafiq texniki və təhlükəsizlik tələblərinə cavab verməlidir və sair.

Eyni zamanda, həm keçmiş əsrlərdən qalan, həm də xüsusilə müstəqilliyin ilk illərində baş verən özbaşınalıqlar nəticəsində çox sayda fərdi tikililər meydana çıxıb. Kim harada imkan tapıbsa, ev tikib, yaxud mövcud tikilinin sahəsini artırıb. Amma bu gün həmin evlərdə insanlar yaşayır, baxmayaraq ki, onlar dövlət reyestrində qeydiyyata düşməyib. Belə obyektlərin sayı isə az deyil, minlərlədir. Halbuki vətəndaş həmin evdə yaşayır, kommunal xidmətlərdən istifadə edir. Bu isə o deməkdir ki, dövlət faktiki olaraq həmin yaşayış sahələrini tanıyır. Əgər tanımırsa, niyə ora qaz, su, elektrik verilir? Bəzi hallarda hətta daşınmaz əmlak vergisi də yığılır. Bu məntiqdən çıxış etsək, həmin vətəndaşlara çıxarış da verilməlidir. Bu məsələnin qanunsuz olub-olmaması artıq ikinci plandadır. Uzun illərdir müzakirə olunur ki, əmlak amnistiyası tətbiq edilməlidir. Yəni elan olunmalıdır ki, müəyyən tələblərə cavab verən tikililər qeydiyyata alınacaq və sahiblərinə çıxarış veriləcək. Amma bundan sonra eyni halların təkrarlanmasına yol verənlər qanun qarşısında cavab verməlidir. Çünki qanunvericiliyə görə qanunsuz tikinti cinayət məsuliyyəti yaradır. Lakin bu qədər insanı məsuliyyətə cəlb etmək real deyil. Ona görə də amnistiya mexanizmi ən optimal çıxış yolu kimi təqdim olunur və geniş şəkildə çıxarışların verilməsi təklif edilir".

“Bəs niyə bu proses baş tutmur” sualına Ə.Həsənov belə cavab verib:

"Səbəb sadədir və bir qədər də yerli reallıqlarla bağlıdır. Bu sahə bir çox hallarda məmurlar üçün qeyri-rəsmi gəlir mənbəyinə çevrilib. Yəni çıxarış məsələsi bəzən süni şəkildə uzadılır və nəticədə korrupsiya, rüşvət halları üçün zəmin yaranır. Bəzi vətəndaşlar müxtəlif yollarla sənəd əldə edə bilir, digərləri isə illərlə gözləməli olur. Digər tərəfdən, əmlak amnistiyasının həyata keçirilməsi ciddi hazırlıq tələb edir. Hansı tikililərin standartlara cavab verdiyi müəyyənləşdirilməli, təhlükəli obyektlər ayırd edilməlidir. Əgər hansısa tikili təhlükəlidirsə və ona çıxarış verilə bilmirsə, həmin vətəndaşların alternativ yaşayışla təmin olunması da gündəmə gəlir. Bu isə əlavə təşkilati və maliyyə yükü deməkdir. Bütün bu amillər – həm maraq toqquşması, həm də hazırlıq işlərinin mürəkkəbliyi – prosesin uzanmasına səbəb olur. Nəticədə isə minlərlə vətəndaş faktiki sahib olduğu əmlak üzərində hüquqi təminat ala bilmir". /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Aprel 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri