Yüzlərlə şəxsi aldadan keçmiş məhkumlar ələ keçib
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan şəxslər əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər - Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərovdur. Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə "whatsapp" mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər.
Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib.
Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarəedilməsi şirkətinin rəhbəri kimi təqdim edib.
Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.
AzVision.az
Bu mövzuda digər xəbərlər:Vatsapda yüzlərlə şəxsi aldadan 4 nəfər saxlanıldı Video
17 Noyabr 2025 16:20
Kiberpolis sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadan 4 nəfəri ifşa etdi VİDEO
17 Noyabr 2025 15:54
Bu yollarla yüzlərlə şəxsi aldadıblar... Video
17 Noyabr 2025 16:11
Minsk sakini şəxsi mənzilində yüzlərlə siçovul yetişdirir...
23 Sentyabr 2025 22:34
ABŞ şəxsi torpaqlarda yüzlərlə yeni nüvə silosu qura bilər...
01 Sentyabr 2025 18:37
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















