“Zabrat maşınqayırma zavodu” ASC investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Zabrat maşınqayırma zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi başa çatıb. Müsabiqə qalibi 7,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.
Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi, 196 ünvanında yerləşən “Zabrat maşınqayırma zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə əlaqədar 14 noyabr 2025-ci il tarixində elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Ötən ilin 16 dekabr tarixində müsabiqə komissiyası tərəfindən təkliflər qiymətləndirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Təkliflərin təhlili aparıldıqdan sonra, daha əlverişli şərtlər təklif etmiş “ZMZ Metal” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Müqavilə layihəsi üzərində aparılmış danışıqlardan sonra müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanmışdır.
Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 3 milyon manat məbləğində vəsaitin köçürülməsi, habelə 2 il ərzində müəssisəyə 7,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müxtəlif növ mexaniki konstruksiyaların və quraşdırma prosesində istifadə olunan detalların istehsalının təşkili, müəssisədə ekoloji təmiz isti sinkləmə sexinin və müvafiq qurğuların quraşdırılması, yeni avadanlıqların alınması, mövcud avandanlıqların təmiri, yeni tikililərin inşası, nəqliyyat vasitələri və texnikaların alınması, infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya) təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “ZMZ Metal” MMC tərəfindən investisiya qoyuluşları nəticəsində müəssisədə 100 yeni iş yerinin yaradılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















