Zabrat qəsəbəsində yunan Roma güləşi zalı istifadəyə verilib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Zabrat qəsəbəsində Azərbaycanın tanınmış güləşçisi Taleh Məmmədovun adına yunan-Roma güləşi zalının açılış mərasimi keçirilib.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və digər rəsmilər iştirak ediblər.
Təqdimatdan sonra zalın açılışı həyata keçirilib. Lenti Taleh Məmmədov, Fərid Qayıbov və Çingiz Hüseynzadə kəsiblər.
Daha sonra nazir və qonaqlar zalla tanış olublar. T.Məmmədov zaldakı avadanlıqlar, güləşin sirlərinə yiyələnən uşaqlar və digər məsələlər haqqında məlumat verib, qarşıdakı planları açıqlayıb. Daha sonra yeniyetmə və azyaşlı güləşçilərin məşq prosesi nümayiş etdirilib.
Baxış sayı:49
Bu xəbər 19 Dekabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















